3 Kasım 2021 Çarşamba

Lavrov və Mirzoyan danışıblar


AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, noyabrtın 1-də Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.


Xəbərdə deyilir ki, Ararat MirzoyanSergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının həyata keçirilməsinin vəziyyətini müzakirə ediblər.


Söhbət zamanı habelə Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatlara son qoymuş bu bəyantın “birinci ildönümünün yaxınlaşdığı” qeyd olunub.


Rusiya XİN-in verdiyi məlumata görə söhbət zamanı əsas diqqət humanitar problemlərin, o cümlədən saxlanan şəxslərin buraxılması, minalı sahələrin xəritələrinin verilməsi və dini-mədəniyyət irsi abidələrinin qorunub saxlanması mövzusuna yönəldilib.




Mirzoyan Minsk qrupundan söz açıb


Rəsmi məlumata görə Sergey Lavrov və Ararat Mirzoyan Azərbaycan-Ermənistan sərhədi boyunca gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi bağların bərpa olunması məsələləri barədə danışıblar.


Ermənistan və Rusiya XİN-in rəhbərləri habelə Azərbaycan-Ermənistan sərhədi boyunca yaranan insidentlərin siyasi-diplomatik yollarla çözülməsinin mühümlüyünü vurğulayıblar.


Azatutyun bildirir ki, danışıqlarda Rusiya-Ermənistan münasibətləri də müzakirə olunub.


Ermənistan XİN-in verdiyi məlumata görə Ararat Mirzoyan Lavrovla söhbəti zamanı deyib ki, Yerevan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin müəyyən etdiyi prinsip və elementlər üzrə dinc yolla həlli istiqamətində işini davam etdirəcək.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder