15 Kasım 2021 Pazartesi

Sabit Bağırov Elçibəy İnstitutunun Məsləhət Şurasının üzvü seçilib

Bakı/15.11.21 12 noyabr 2021-ci il tarixdə Elçibəy İnstitutu  (Eİ) Məsləhət Şurasının  (MŞ)  toplantısı keçirilib. Toplantıda İnstitutun 2022-ci il üçün iş planı müzakirə edilib və təkliflər hazırlaması qərara alınıb. Toplantıda müzakirə edilən  digər məsələ  Elçibəy İnstitutu  Məsləhət Şurasına yeni üzvün qəbulu   olub.  MŞ-nın qərarı ilə Azərbaycan xalq hərəkatının öncüllərindən,   AXC İdarə heyətinin üzvü, 1992-1993-cü illərdə Prezident Elçibəyin  Strateji məsələlər üzrə müşaviri və Dövlət Neft Şirkətinin sabiq prezidenti  olmuş Sabit Bağırov  Eİ Məsləhət Şurasının üzvü seçilib.

Elçibəy İnstitutu təsisi 17 noyabr 2020-ci ildə elan  edildi. İnstitutun  məqsədi Azərbaycan Milli Azadlıq və demokratik hərəkatının lideri, 1992- ci ildə demokratik yolla  prezident seçilmiş Ə. Elçibəyin  dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün əhəmiyyəti və siyasi aktuallığı artan elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir”. İnstitutun yaradılması ilə bağlı təşəbbüslə çıxış edən 8 nəfər- İsa  Qəmbər,  Pənah Hüseyn, Əli  Kərimli,  Arif  Hacılı, İsmayıl  Musayev,  Qiyas  Sadıqov, Arzu  Səmədbəyli, Oqtay Qasımov  Elçibəy İnstitutunun Məsləhət Şurasının üzvləridir.—0—

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder