16 Kasım 2021 Salı

2015 gündəlik yoluxma aşkarlanıb



Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 15 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 2 min 178 nəfərin sağaldığı bildirilir.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 16-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər də vəfat edib.


Qurumdan açıqlamaya görə, Azərbaycanda indiyədək ümumilikdə 563 min 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 min 838-i sağalıb, 7 min 502-si vəfat edib, aktiv xəstə sayı 30 min 600-ə düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder