3 Kasım 2021 Çarşamba

Apellyasiya Məhkəməsi Mütəllim Orucovu həbsdə saxlayıb

Bakı/03.11.21 Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Mütəllim Orucovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsilə bağlı apellyasiya şikayətini təmin etməyib.

Mütəllim Orucov bu il iyunun 1-də readmissiya qaydasında Almaniyadan qayıdıb.

10 gün öncə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.   

Noyabrın 3-də Apellyasiya Məhkəməsində  bildirib ki, saxlanıldıqdan sonra polisdə işgəncələrə məruz qalıb. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.

İstintaqın məlumatına görə, Orucovda 8 qram heroin aşkar edilib.

"Lakin o, özünü günahkar saymır və həbsi Almaniyada siyasi fəaliyyətilə əlaqələndirir", - vəkil deyib.

Daxili İşlər Nazirliyindən  şərh almaq mümkün olmayıb.

Mütəllim Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. Bu maddə üzrə onu 12 ilədək həbs təhlükəsi gözləyir.06B

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder