Bakı/03.11.21 Noyabrın 1-də Hamburqda Şərqi Avropada müstəqil jurnalistika üzrə Almaniya-Norveç mükafatını təqdimetmə mərasimi keçirilib.
Ötən il pandemiya səbəbindən təntənəli mərasim təxirə salındığına görə Hamburq Zeit-Stiftung Fondu və Norveç Stiftelsen Fritt Ord Fondunun mükafatları iki il üçün təqdim edilib.
2021- ci il üçün Free Media Awards laureatları Belarus jurnalistləri və KİV olub: Tut.by reportyoru Katerina Boriseviç, Belarusda ekstremist nəşr kimi tanınan Tut.by özü, Belarus Jurnalistlər Assosiasiyası, "Belsat" telekanalının həbs cəzasına məhkum edilmiş jurnalistləri Katerina Andreyeva və Darya Çultsova, həmçinin “Naşa niva”nın jurnalisti Natalya Lubnevskaya.
"Bu il Free Media Awards qalibləri bizə Belarusdan ən yaxşı və ən cəsarətli reportajları təqdim edib. Bundan əlavə, bəzi mükafat laureatlarının həbsdə olması cəmiyyətin hüquqlarını, azadlıq və demokratiyanı müdafiə edən Belarus vətəndaşlarının üzləşdiyi fəsadları nümayiş etdirir", - Zeit Fondunun İdarə Heyətinin sədri Mixael Herinq deyib.
2020-ci ildə Free Media Awards mükafatına Rusiyanın "Mediazona" və "Proyekt" nəşrləri, Ukraynanın "Sxemı" teleproqramı, həmçinin Azərbaycandan Turan agentliyinin fotojurnalisti Əziz Kərimov və ukraynalı jurnalist Stanislav Aseyev layiq görülüblər.
Michael Gering bildirib ki, mükafatla korrupsiya və hakimiyyət sui-istifadələrini qorxmadan ifşa edən, hakimiyyət tərəfindən qorxudulmanı özünə rəva görməyən cəsarətli jurnalistlər və KİV mükafatla təltif olunur.
2021-ci ildə" Mediazona "və "Proyekt” Rusiya hakimiyyəti tərəfindən "xarici agentlər" kimi tanınıb. –0
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder