31 Aralık 2021 Cuma

Bayramov və Lavrov kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələlərini müzakirə ediblər

 

 Bakı/31.12.21 Dekabrın 30-da Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Sergey Lavrov və Ceyhun Bayramov ötən ilə yekun vurub və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının bütün istiqamətlərdə uğurla inkişaf etdiyini təsdiqləyiblər.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər əldə olunmuş razılaşmaların tezliklə və tam şəkildə həyata keçirilməsi, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması və Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası mexanizmlərinin işə salınması barədə razılığa gəliblər.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, söhbət zamanı tərəflər 3+3 Formatında məsləhətləşmələr mexanizminə, eləcə də Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin Moskvada keçirilən görüşünə toxunublar. -02D-



Turan
"24 saat"

Bayden və Putin telefon danışığı zamanı bir-birlərinə xəbərdarlıq edib

 

 Vaşinqton/12.31.21 Dekabrın 30-da ABŞ prezidenti Co Bayden Vladimir Putinlə 50 dəqiqəlik söhbət zamanı Kremlə xəbərdarlıq edib ki, Moskva Ukraynaya müdaxilə edərsə, Vaşinqton “qətiyyətli” cavab verəcək, TURANın amerikalı müxbiri xəbər verir.

Bayden rusiyalı həmkarını Ukrayna ilə gərginliyi azaltmağa çağırıb və " əhəmiyyətli irəliləyişin yalnız gərginliyin azaldılması şəraitində baş verə biləcəyini" təkrarlayıb, Ağ Evin sözçüsü Ceyn Psaki bildirib.

Kreml isə öz növbəsində bildirib ki,  yeni sanksiyalar Moskva ilə Vaşinqton arasında münasibətləri tamamilə poza biləcəyi və bu böyük səhv olacağ.

Söhbət Moskvanın təşəbbüsü ilə baş tutub, Vaşinqtonun əsas məqsədi iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı qarşıdan gələn danışıqların “tonunu müəyyən etmək” olub. ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Bayden və Putin arasında söhbətin tonu “ciddi” olub.

 Bayden ABŞ-ın Rusiyanın hərəkətlərindən asılı olacaq iki yanaşmasını qeyd etdi. Biri vəziyyətin deeskalasiyasına aparan diplomatiya yolu, digəri isə Rusiyanın Ukraynaya təcavüzünü davam etdirəcəyi təqdirdə ciddi itkilər və nəticələrə səbəb olacaq yoldur.  “Eləcə də müttəfiq ölkələrdə NATO qüvvələrinin genişləndirilməsi ehtimalı, həmçinin Ukraynaya özünü və ərazisini müdafiə etməyə davam etməyə imkan verəcək əlavə yardım”, - Vaşinqtonun sözçüsü bildirib.

 Xatırladaq ki, Vaşinqton və Moskva rəsmiləri Moskvanın təhlükəsizlik tələblərini müzakirə etmək üçün yanvarın 10-da Cenevrədə görüşməlidirlər. Həmin həftə Rusiya rəsmiləri NATO və ATƏT Daimi Şurasının nümayəndələri ilə də görüşəcəklər.-025B-



Turan
"24 saat"

Ermənistan türk mallarına qoyulan embarqonu aradan qaldırır

Bakı/31.12.21 Ermənistan hökuməti 2020-ci il dekabrın sonunda ölkəyə gətirilən türk mallarının idxalına qoyulan qadağanı 2022-ci il yanvarın 1-dən uzatmamaq qərarına gəlib. Bu barədə cümə axşamı Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gözlənilir ki, Türkiyə mallarının idxalına qoyulan qadağanın qarşılıqlı əsasda götürülməsi Ermənistan mallarının ixracı üçün daha əlverişli şərait yaradacaq”, - məlumatda deyilir.

Nazirlik hesab edir ki, embarqonun mənfi təsiri Ermənistanda əhəmiyyətli inflyasiya səbəb olub və bir çox istehlak mallarının qiymətinin qalxıb.

Türkiyə mallarının idxalına qadağa  Türkiyənin Qarabağ münaqişəsində iştirakı ilə əsaslandırılırdı. -02B-



Turan
"24 saat"

Calutluların bağça problemi həll edilmir: zəlzələdən, yoxsa vəlvəldən?

"İcra Hakimiyyəti və deputat problemə biganə yanaşır"


Oğuzun Calut kəndi rayon mərkəzinə 4 km-lik məsafədə yerləşir, yəni rayona ən yaxın kəndlərdən sayılır. Amma kəndin yol, su, qaz problemləri tam həllini tapmayıb. 


Bununla yanaşı, kəndin bağça problemi də sakinləri ciddi narahat edir. 


Sakinlər "Arqument.az"a bildiriblər ki, 2017-ci ilin noyabrında baş verən zəlzələ nəticəsində bağça binasının arxası uçub. Bu da baxçanın fəaliyyət göstərməsinə ciddi problem yaradıb.


"Qarşıdan qış aylarının gəlişi vəziyyəti daha da çətinləşdirib. Bağça rəhbəri və heyəti lazımi qurumlara müraciət də edib, aidiyyatı şəxsləri məlumatlandırıb. Təəssüf ki, bağça hələ də eyni vəziyyətdədir", - calutlular belə deyirlər. 


"Dedilər ki, sizə yeni bağça tikiləcək..."


Sakinlər deyirlər ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət edilsə də, hər hansı bir əməli addım atılmayıb: "Oğuz Rayon İcra Hakimiyyəti, bələdiyyə, hətta nazirliyin nümayəndələri bir neçə dəfə əraziyə baxış keçiriblər. Onlar kəndi yeni bağça ilə təmin ediləcəklərini desələr də, nəticə yoxdur". 


"Prezident Adminstrasiyasına müraciət də nəticəsiz qaldı"


Sakinlərin sözlərinə görə, icra hakimiyyəti və bələdiyyənin məsləhəti ilə məsələnin həll edilməsi üçün Prezident Adminstrasiyasına yazılı müraciət edilib: "Bağça rəhbərliyi də Prezident Adminstrasiyasına yazılı müraciət edib. Digər qurumlardan olduğu kimi buradan da hələ ki müsbət reaksiya gəlməyib". 


"Deputatdan da kömək istənildi..."


Calutlular deyirlər ki, problemlə bağlı rayonun deputatı Aqiyə Naxçıvanlıya da müracit ediblər, amma hələ ki nəticə yoxdur: "Oğuzlularla görüş zamanı Aqiyə Naxçıvanlıya birbaşa həm kənd sakinləri, həm də bağça rəhbəri özü müraciət edib. Mövcud vəziyyəti izah ediblər. Aqiyə Naxçıvanlı lazımı tədbirlər görüləcəyi ilə bağlı söz verib, amma nəticə yoxdur".




Arqument.az-ın əməkdaşı dəfələrlə Aqiyə Naxçıvanlı və onun köməkçisi ilə əlaqə saxlamağa çalışa da, şikayətə münasibət öyrənə  bilməyib. 


"Kirayə tutduğumuz evin haqqını ödəməyə gücümüz çatmadı"


Sakinlər qeyd edirlər ki, bağça rəhbəri əlacsızlıqdan yaxınlıqdakı 4 otaqlı mənzili müvəqqəti istifadə etmək üçün kirayə götürüb, amma bir müddət sonra kirayəhaqqını ödəyə bilməyib: "Təəssüf ki, orada fəaliyyət göstərən 13 işçi heyətin və 35 uşağın bu evdə tam rahat yerləşməsi, fəaliyyəti çətin olduğu üçün onlar həmin evlə yanaşı bağçanın yararlı hissələri, mətbəx, müdir otağı və paltarxanadan istifadəyə davam etməyə məcbur qaldılar. Hazırda bağça yenidən öz uçuq binasında işinə davam edir. Kirayəhaqqını öz məvacibləri ilə ödəyən rəhbərlik və işçilərin gücü çatmadığı üçün evi təhvil veriblər..."


Oğuz Rayon İcra Hakimiyyəti hələ də "Arqument.az"ın sorğusuna cavab verməyib. 

Prezident  2022-ci ili Azərbaycanda ‘Şuşa ili’ elan edib




Bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 31-də Yeni il münasibətilə yayılan çıxışında bəyan edib



2022-ci il "Şuşa ili" elan olunub.


Bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 31-də Yeni il münasibətilə yayılan çıxışında bəyan edib.


O, vurğulayıb ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək:


“Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.


Prezident yola salınan 2021-ci ili isə Azərbaycanda “Nizami Gəncəvi ili” elan etmişdi.


Xatırlatma


2020-ci ildə, İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib.


Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.


Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.


1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Türkiyə və Ermənistan nümayəndələri yanvarda görüşəcəklər




danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir



Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü artıq 2022-ci ilin yanvarında keçirilə bilər.


AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dekabrın 31-də 24TV telekanalına müsahibəsində verib:


“İndilik onların görüşünün tarixi razılaşdırılmayıb, amma görüşün yanvar ayında keçirilməsi gözlənilir”.


Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Ankaranı Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıc, Yerevanı isə Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyan təmsil edir.





Mənbə: AzadlıqRadiosu
"24 saat"

Saakaşvili nikahdankənar qızı olduğunu deyir




Oktyabrın 1-də Saakaşvilinin ukraynalı siyasətçi Liza Yasko ilə ailə qurduğu üzə çıxıb. Amma bu xəbər Gürcüstanın keçmiş birinci ledisi Sandra Rulofs üçün gözlənilməz olub




Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Rustavi həbsxanasından müraciətində nikahdankənar qızı Elis Mariya haqda danışıb. Qızın anası tanınmış gürcü müğənnisi Sofo Nijaradzedir. Saakaşvili ilk dəfədir nikahdankənar övladı olduğunu etiraf edir.


“’Mtavari arxi’ telekanalının Yeni il konsertinin ən gənc iştirakçısı Elis Mariya Saakaşvili anasıyla birlikdə ilk dəfə bizi televizor ekranından salamlayacaq. Mənim ən sevimli qızım və ən kiçik övladım”, – Saakaşvili bəyanatında deyir.




Oktyabrın 1-də Saakaşvilinin ukraynalı siyasətçi Liza Yasko ilə ailə qurduğu üzə çıxıb. Amma bu xəbər Gürcüstanın keçmiş birinci ledisi Sandra Rulofs üçün gözlənilməz olub. Onların Eduard Nikoloz adlı iki oğlanları var.


Saakaşvili hazırda prezidentlik müddətində vəzifəsindən sui-istifadə ittihamıyla həbs cəzası çəkir. Özü ittihamları siyasi motivli hesab edir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

30 Aralık 2021 Perşembe

Dünya azərbaycanlılarının həmrəylik günüdür



Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 29 ildir ki, bu bayram Azərbaycanda rəsmən qeyd edilir.


Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin sökülməsi zamanı qoyulub.


"Berlin divarı"nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında (SSR), həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərinin sökülməsi ilə bir-birlərinə sevgilərini bildiriblər. Sərhəd məftilləri, əsasən, Azərbaycan SSR-in Cəlilabad, Naxçıvan Muxtar Respublikası və başqa sərhəd bölgələrində sökülüb.


Elə həmin vaxt İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəylik günü kimi qeyd olunmasına dair qərar verilib.


İki il ötüb, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. Yalnız 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bu qərar rəsmiləşdirilib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Rusiya və ABŞ prezidentləri mühüm məsələləri müzakirə edəcəklər

Vaşinqton/30.12.21 ABŞ prezidenti Co Bayden Rusiya tərəfin xahişi ilə dekabrın 30-da Vladimir Putinlə bir daha telefonla danışacaq, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

İki lider "bir sıra mühüm məsələləri müzakirə edəcəklər", deyə Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn bildirib.

"Bayden Administrasiyası Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla fəal diplomatiyanı davam etdirir, onlarla məsləhətləşir və Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünü artırmasına cavab olaraq ortaq yanaşmanı əlaqələndirir", deyə Ağ Evin bəyanatında bildirilir.

Moskva "öz narahatlıqlarını dilə gətirib və biz onları müzakirə etməyə hazırıq", deyə Bayden Aministrasiyasının nümayəndəsi brifinqdə jurnalistlərə bildirib: "Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz və tərəfdaşlarımız öz narahatlıqlarını bildirəcəklər və Rusiyanın onları müzakirə etməyə hazır olacağına ümid edirlər".

Baş katib Entoni Blinken çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Dövlət Departamentinin məlumatına görə, "onlar Ukraynanın şərqindəki münaqişənin dinc yolla nizamlanması üzrə səyləri və Rusiya ilə qarşıda duran diplomatik danışıqları müzakirə ediblər".

Blinken həmçinin Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə danışıb.

"Onlar Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini təsdiq ediblər", deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Vaşinqton və Moskva rəsmiləri yanvarın 10-da Moskvanın bu ayın əvvəllərində irəli sürdüyü təhlükəsizlik tələblərini müzakirə etməlidirlər.

Bundan sonra, yanvarın 12-də Rusiya-NATO Şurasının dialoqu baş tutacaq, yanvarın 13-də isə ATƏT-in Daimi Şurasında müzakirələr aparılacaq. 

Bayden və Putinin bu danışıqlarda birbaşa iştirak etməyəcəyi gözlənilir. Amerika tərəfdən danışıqlarda Dövlət Departamentinin, Milli Təhlükəsizlik Şurasının və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər, deyə administrasiyanın yüksək vəzifəli məmuru bildirib.

Vaşinqton öz ərazisini müdafiə etməsi üçün Ukraynaya əlavə yardım verməyə və yaxın həftələrdə yeni bir müdaxilə olarsa, Rusiyanın mümkün işğalına reaksiya verməyə "hazırdır". Bununla belə, prezident Bayden açıq şəkildə bildirib ki, Putin "bunda maraqlıdırsa", regionda gərginliyin aradan qaldırılmasının diplomatik yolu var, deyə ABŞ Administrasiyasının nümayəndəsi bildirib. -B25-

 



Turan
"24 saat"

Nəhəqlərin Yeni İl öncəsi məsləhətləşmələri

Bakı/30.12.21 ABŞ-ın  dövlət katibi Entoni Blinken dekabrın 29-da Fransanın xarici işlər naziri Jan-İv Le Drian, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Böyük Britaniyanın Xarici İşlər Naziri Elizabet trass ilə telefon danışığı keçirib.

Dövlət Departamentinin məlumatına görə, onlar Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzünün qarşısının alınması üçün koordinasiyanın davam etdirilməsinin vacibliyini müzakirə ediblər, müttəfiqlər və tərəfdaşlar arasında bu cür hərəkətlərlə əlaqədar böyük mənfi nəticələrin və Rusiya üçün ciddi xərclərin təmin edilməsinə hazır olduğuna dair konsensusun olduğunu təsdiq ediblər.

Xarici siyasət idarələrinin rəhbərləri Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyi bir daha təsdiqləyiblər.

Dövlət katibi və həmkarları İranın nüvə proqramının inkişaf templəri ilə bağlı ümumi narahatlıqlarını müzakirə ediblər, çünki Tehranın birgə ümumi fəaliyyət planına (SVPD) qayıtmaq üçün az vaxt qalır.

Onlar siyasi təzyiqlərin və Çin Xalq Respublikası tərəfindən iqtisadi məcburiyyətin gücləndirilməsi qarşısında Litva ilə həmrəy olduqlarını vurğulamış və bu təcrübəni rədd etmişlər.

Tərəflər həmçinin Liviyanın Milli seçkilərin təşkili ilə bağlı davam edən səylərini müzakirə ediblər və seçki prosesinin tezliklə irəli getməsinin vacibliyinə razılıq veriblər.

TASS-ın məlumatına görə, 30 dekabr Moskva vaxtıilə saat 23:30-da Putin və Bayden telefon danışığı planlaşdırılır. Danışığ mətbuat üçün qapalı rejimdə keçiriləcək.—0—



Turan
"24 saat"

Yanvarda orta aylıq temperatur iqlim normasından yüksək olacaq

Bakı/30.12.21 2022-ci ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.

Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Yanvar ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 7-12 isti, bəzi günlərdə 15-18 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacaq (norma 12-28 mm). -03D-

 



Turan
"24 saat"

Zəngilanda "ağıllı kənd"in inşaatçıları ödəniş və məişət şəraitindən narazıdırlar

Onlar jurnalistlərə bildiriblər ki, "işçilər Zəngilanı tərk edirlər"

Bakı/30.12.21 Zəngilanda "ağıllı kənd"in tikintisi üçün işə götürülən 300-dək işçi-inşaatçı əmək müqaviləsi, əməkhaqqı və normal məişət şəraitinin olmaması şikayətilə jurnalistlərə müraciət edib. İki aydır ki, maaş almırlar. Onlara maaşları kartlara köçürməyi vəd edirlər, lakin əmək müqavilələrinin olmaması səbəbindən bank kartları yoxdur.

Dekabrın 1-də işçilər şirkət rəhbərliyinə ərizə yazıblar. Onlara vəd ediblər ki, şikayətə baxılacaq. Səkkiz nəfər polisə 102 xidmətinə zəng edib, bundan sonra onlardan yazılı şikayətləri alıblar.

İşçilərdən biri deyir ki, sadalanan səbəblərdən inşaatçıların bir hissəsi iş yerlərini tərk edib, bu səbəbdən tikinti dayandırılıb.

Fəhlələr onları Zəngilana, işğalçılar tərəfindən dağıdılmış Üçüncü Ağalı kəndində işləməyə aparan tikinti şirkətinin adını açıqlamırlar. "Bizi gətirib buraya atdılar. Soyuqda yaşayırıq, elementar şərait yoxdur. Bu dövlətdə prezident var, ümid edirik ki, bizim problemlə məşğul olacaq", - fəhlə deyib.

Əlavə edək ki, Zəngilanda "ağıllı kənd" in tikintisi üzrə işlər dövlət telekanallarında nümayiş etdirilir. Oktyabrın 20-də məlumat verilib ki, kəndin tikintisi başa çatmaq üzrədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi TV-yə bildirib ki, 200 yaşayış evi və dörd sosial təyinatlı bina, demək olar ki, tikilib, ilin sonuna qədər süni göl də daxil olmaqla, ekoloji obyektlər istifadəyə veriləcək.

Kənd Təsərrüfatı Nazirliyində Turan-a bildiriblər ki, fəhlələri işə götürən və onlarla ödəniş üsulunu nizamlanmayan subpodrat təşkilatı günahkardır. Şirkət bank vasitəsilə pul ödəməyi təklif edib, lakin işçilər pulu nağd şəkildə tələb ediblər, çünki bankomat vasitəsilə almaqda çətinlik çəkirlər.

"Kənd Təsərrüfatı Nazirliyi inşaatçıların əməyinin ödənilməsində iştirak etmir. Biz, sadəcə, işləri ödəyən sifarişçiyik. Kənd Təsərrüfatı Nazirliyi bu məsələni araşdırıb, fəhlələrin problemi artıq həll olunub. Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayan və subpodratçıları işə götürən baş podratçının adını açıqlaya bilmərəm",- Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.

KİV-in məlumatına görə, "ağıllı kənd"in tikintisinin baş podratçısı AS Group Investment şirkəti təyin edilib.

Ancaq dünən şəbəkədə işçilərin şikayətilə bağlı video yayılıb, onlar bu günlərdə şikayət ediblər, yəni problemin bağlanması barədə danışmaq hələ tezdir.

İnşaatçıların narazılığını şərh edən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı fəhlələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinə müraciət etməyi təklif edib. "Əgər faydası olmasa, qoy, məhkəməyə müraciət etsinlər", - o deyib.

2021-ci ilin 6 ayı ərzində Zəngilan rayonunun Ağalı-2 kəndi ərazisində "Ağıllı kənd" layihəsinin reallaşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin, o cümlədən Zəngilan rayonunun bərpası proqramı çərçivəsində 372,1 milyon manat xərcləyib.

İlk "Ağıllı kənd" layihəsinə dövlət başçısı tərəfindən 2021-ci ilin aprelində start verilib. Oktyabrın son ongünlüyündə Azərbaycan prezidenti İlham Əliyev Zəngilan rayonuna səfər edib və görülən işlərlə tanış olub. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, layihənin icrası çərçivəsində 110 hektardan çox ərazidə tikinti işləri aparılıb və yaxın gələcəkdə burada "ağıllı şəhər-bağ”ın necə olacağı barədə ətraflı məlumat verib.

Bir neçə azərbaycanlı memar jurnalistlərə müsahibəsində  Zəngilanda "ağıllı kənd"i imperator Rusiyasında "Potyomkin kəndləri"  (ölkə rəhbərliyini aldatmaq üçün saxtakarlıq) müqayisə edib.—0—

 



Turan
"24 saat"

Flame Towers qarşısında baş vermiş partlayış haqqında söz-söhbət partlayışdan daha çox səs-küy yaradıb

Bakı/30.12.21 Dekabrın 30-da səhər paytaxtın dağlıq hissəsində yerləşən Flame Towers kompleksinin qüllələrindən birinin qarşısında partlayış baş verib.

Bu fakt xüsusi diqqətə və narahatlığa səbəb olub, çünki Milli Məclis, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və AzTV Dövlət Teleradio Şirkəti qüllələrin bilavasitə yaxınlığında yerləşir.

Sonradan "Azəriqaz" və icra hakimiyyəti partlayışın təmir işləri zamanı qaz sızması nəticəsində baş verdiyi barədə açıqlama verib. Partlayış zamanı Bakı şəhər İcra Hakimiyyətinin iki əməkdaşı xəsarət alıb.

Partlayış obyektinə gəlincə, bu, kompleks qarşısındakı 8 metrlik qüllələrdən biridir. Onun zirvəsindəki məşəldə alov yanır.

Maraqlıdır ki, üç Flame Towers göydələninin açılışından etibarən (10 ilə yaxındır) onun qarşısındakı piyada yollar metal hasarlarla əhatə olunub. İnsanlar yolun hərəkət hissəsindən keçmək məcburiyyətində qalırlar. Belə bir təəssürat yaranır ki, bu binalara yaxınlaşmaq ölüm təhlükəsi daşıyır. Bugünki partlayış bu ehtimalların doğru olduğunu göstərib. İndi yolun hərəkət hissəsinin də bağlanacağını ehtimal etmək olar. -02B-

 



Turan
"24 saat"

"Media haqqında" qalmaqallı qanun qəbul edilib

Bakı/30.12.21 Dekabrın 30-da Milli Məclis plenar iclasında "Media haqqında" qalmaqallı qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 

Deputatlar çoxsaylı jurnalist və KİV-lərin etirazlarını və zəruri dəyişiklikləri etmək tələblərini nəzərə almayıblar.

Eyni zamanda, sənədin ümumi xarakterinə heç bir təsir etməyən bir sıra əhəmiyyətsiz əlavələr edilib.

Belə ki, sənədin 13-cü maddəsinə media subyektlərinin informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyi əlavə edilib.

14-cü maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.

Nəhayət, 30-cu maddəyə belə bir əlavə olunub: “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.

Beləliklə, prinsipial olaraq heç nə dəyişməyib. Qanun jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin hüquqlarını xeyli məhdudlaşdıracaq. Demək olar ki, istənilən video və ya fikrin nəşri, eləcə də şəxsi fikrin bildirilməsi qanun pozuntusu kimi şərh oluna bilər. -02B- 

Əlavə məlumat:

https://www.turan.az/ext/news/2021/12/free/analytics/az/10544.htm/001

https://turan.az/ext/news/2021/12/free/analytics/az/10604.htm/001

https://www.turan.az/ext/news/2021/12/free/Want_to_Say/az/10741.htm/001

https://turan.az/ext/news/2021/12/free/Interview/az/10534.htm/001

[embed]https://www.youtube.com/watch?v=FNl6eeXwnJY[/embed]


Turan
"24 saat"

"Media haqqında" qanun jurnalistikanın vəziyyətini daha da pisləşdirəcək - ekspert

Bakı/30.12.21 Parlamentin "Media haqqında" qanunu dəyişiklik etmədən qəbul etmək qərarı ökənin media ictimaiyyətini məyus edib. Müstəqil jurnalistlərin və media sahəsində ekspertlərin ortaq rəyi belədir.

"Milli Məclis qanunu media ictimaiyyətinin ciddi etirazına baxmayaraq, oduğu kimi qəbul etdi", deyə media sahəsində hüquqşünas Ələsgər Məmmədli Turan agentliyinə bildirib.

"Edilən düzəlişlər prinsipial xarakter daşımır. Eyni zamanda, bizim təklif etdiyimiz 40-a yaxın düzəlişə məhəl qoyulmayıb. Bu, Azərbaycanda jurnalistikanın vəziyyətini daha da pisləşdirəcək", deyə o bildirib.

Məmmədlinin fikrincə, jurnalistlər hüquqlarının pozulması ilə bağlı daha tez-tez məhkəmələrə müraciət etməli, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsində dəstək axtarmalı olacaqlar. -03B-

 

[embed]https://www.youtube.com/watch?v=FNl6eeXwnJY[/embed]


Turan
"24 saat"

“İcra hakimiyyətinə şəhid anasının evlə bağlı müraciəti daxil olmayıb”

Şamaxı Rayon İcra Hakimiyyəti şəhid anasının şikayətinə sosial şəbəkə vasitəsilə cavab verib


"İcra hakimiyyətinə şəhid anası Gülgəz Mikayılovanın ev və torpaqla bağlı heç bir müraciəti daxil olmayıb”.


Şamaxı Rayon İcra Hakimiyyəti "Facebook” sosial şəbəkə hesabı vasitəsilə Meydan TV-də yayımlanan "Şamaxı sakini: "Şəhid anasıyam, bacımın himayəsinə sığınmışam”” başlıqlı yazıya reaksiya verib.
 
Həmin yazıda Gülgəz Mikayılovanın şikayəti qeyd olunub. Şəhid anası bacısının himayəsində yaşadığını deyir: ""Mən 2 sot torpaq sahəsi istəmişəm ki, başımı salmağa yerim olsun. Dul bacımın himayəsində yaşayıram. Amma hər dəfə məni yola veriblər”.


Yazı hazırlanarkən Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da, sualı eşitdikdən sonra dəstəyi asıblar və sonrakı zənglər də nəticəsiz qalıb.


İndi icra hakimiyyəti yazıb ki, rayonun Ovçulu kənd sakini Gülgəz Mikayılova 2016-cı ildə ailə münaqişəsi zəminində əri Namiq Mikayılovdan heç bir əmlak tələbi olmadan məhkəmə qaydasında boşanıb. Həmin vaxtdan o, Biləsuvar rayonunda yaşayan bacısının himayəsinə sığınıb: "Bildiririk ki, bütün şəhid ailələri və müharibə əlilləri kimi Vətən müharibəsinin şəhidi Ramiq Mikayılovun anası Gülgəz Mikayılova da rayon icra hakimiyyətində RİH başçısı tərəfindən dəfələrlə qəbul edilərək, onunla görüşlər keçirilmişdir. Aparılmış söhbətlər zamanı onun Şamaxı Rayon İcra Hakimiyyətinə ev və ya torpaqla bağlı heç bir müraciəti daxil olmamış, yalnız nəvəsi, Mikayılov Ağaseyid Ramiq oğlunun Bakıda, Ağ Şəhərdə fəaliyyət göstərən "Kaspi” liseyində təhsil almasına və digər oğlu Ağamoğlan Mikayılovun Daxili İşlər Nazirliyinin tabeli strukturlarında işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir”.


İcra hakimiyyəti deyir ki, RİH tərəfindən edilmiş müraciətlərə əsasən G.Mikayılovanın nəvəsi "Kaspi” liseyinə qəbul edilib, oğlu A.Mikayılovun isə fiziki göstəriciləri (boyu) uyğun olmadığı üçün istədiyi işlə təmin olunmayıb.


"Şirvan şəhərində yaşayan Ağamoğlan Mikayılova 21 dekabr 2021-ci il tarixdə başqa iş yerləri ilə bağlı təkliflərlə tanış olması üçün Şamaxı RİH-ə gəlməsi barədə məlumat verilmişdir. Gələcəyi təqdirdə onun işlə təmin olunması məsələsinə baxılacaqdır. Mövzu RİH tərəfindən diqqətdə saxlanılır”, – məlumatda deyilir.


"Əlavə olaraq bildiririk ki, şəhid Ramiq Namiq oğlu Mikayılovun ailəsinə hər zaman diqqət və qayğı göstərilir, şəhidin ailəsi ilə mütəmadi görüşlər keçirilir və onları narahat edən sosial problemlərin həlli istiqamətində işlər aparılır. O cümlədən RİH tərəfindən şəhidin məzar daşının salınması üçün 2500 manat və dəfn xərcləri üçün 1500 manat, 2 dəfə 500 manatlıq və 4 dəfə 250 manatlıq ərzaq yardımı şəhidin ailə üzvlərinə verilmişdir. Həmçinin bildiririk ki, şəhidin arvadı Könül Mikayılova güzəştli mənzil növbəsinə götürülmüş və o, Binəqədi rayonunun Xocasən qəsəbəsində evlə təmin olunmuşdur”.

Bayramov və Lavrov danışıblar




Məlumata görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar



Bugün, dekabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar:


“Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 (Rusiya,Azərbaycan, Ermənistan, İran, Türkiyə və Gürcüstan. Amma Gürcüstan görüşə qatılmayıb) məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskva görüşünə (23,24 dekabrda) dair fikirlərini bölüşüblər”.


Açıqlamaya görə, tərəflər, həmçinin, ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Xatırlatma


2020-ci ildə, İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.


Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


Bu il tərəflər bölgədə əlaqələrinin bərpa və inkişafı ilə bağlı bəyanatlar imzalayıblar.


Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.


1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

İran ‘kosmik tədqiqat missiyası’na start verdiyini deyir




Bu arada Tehranla dünya gücləri arasında 2015-ci il nüvə sazişi ilə bağlı Vyana danışıqları çətin keçir




İran dövlət televiziyası dekabrın 30-da üç peyk daşıyan raketin kosmosa yola salındığını bəyan edib.


Raketin nə vaxt buraxıldığı, hansısa peykin Yerin orbitinə uğurla daxil olub-olmadığı bəlli deyil.


Bu ayın əvvəlində İrandan çəkilmiş müstəqil peyk təsvirləri raketin buraxılacağını göstərirdi. Xəbəri AP yaymışdı.




Tasnim xəbər agentliyi isə Hava Qüvvələrinin sözçüsü Əhməd Hüseyniyə istinadla “kosmik tədqiqat missiya”sının buraxıldığını xəbər verir.


Bu arada Tehranla dünya gücləri arasında 2015-ci il nüvə sazişi ilə bağlı Vyana danışıqları çətin keçir. Sazişin məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaqdır. Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başlayıb.


Dekabrın 28-də Vyana danışıqlarına qatılan avropalı təmsilçilər birgə bəyanatda bildiriblər ki, “İranın nüvə proqramını gücləndirməsinin 2015-ci il sazişini tamamilə qeyri-işlək vəziyyətə salacağı məqama yaxınlaşdığımızı aydın şəkildə bəyan edirik”.




Keçmiş prezident Donald Tramp administrasiyası nüvə sazişindən çıxmasının bir səbəbini bu sənədin İranın strateji nüvə proqramını məhdudlaşdırmaması ilə izah edirdi.


İndiyədək İranın mülki kosmik proqramı çərçivəsində bir neçə dəfə raket buraxmaq alınmayıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Etirazlara səbəb olan layihə qəbul edildi



Milli Məclis bu gün, dekabrın 30-da "Media haqqında" yeni qanun layihəsini üçüncü oxunuşda da qəbul edib


Milli Məclisdən verilən məlumata görə, qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Sənəd 9 fəsil 78 maddədən ibarətdir.


Qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.


Dekabrın 24-də və 28-də bir qrup jurnalist Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər. Onlar xüsusilə jurnalistlərin Media Reyestrinə daxil edilməsi ilə bağlı maddənin üzərində dayanırdılar. Aksiya iştirakçıları hesab edirdilər ki, bütünlükdə bu layihə müstəqil medianın susdurulmasına və bu sahənin tam hökumətin nəzarətinə keçməsinə imkan verəcək.


Aksiya iştirakçıları vurğulayırdılar ki, layihə, ümumiyyətlə, müzakirədən çıxarılmalı, onun yenidən işlənməsi üçün müstəqil ekspertlərlə birgə işçi qrup yaradılmalıdır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

29 Aralık 2021 Çarşamba

'Bakcell' əməkdaşı Ağdamda odlu silahdan vurulub



Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Rəhimlinin odlu silahdan açılmış atəş nəticəsində xəsarət aldığı bildirilir.


Bu barədə bu gün, dekabrın 30-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb: "İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin sözügedən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilmişdir".


Rəsmi açıqlamaya görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılıb. Söhbət 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə… və gəzdirmə - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və başqa maddələrdən gedir.


Bu açıqlamaya, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.


Xatırlatma


2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Ağdam rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.


Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Sankt-Peterburqda Əliyev-Paşinyan görüşü olubmu?

Bakı/29.12.21 Dekabrın 28-də axşam Azərbaycanın dövlət başçısı İlham Əliyev Sankt-Peterburqdan Bakıya qayıdıb. O, Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammitində iştirak edib.

Bu görüş iştirakçılarının yekun bəyanatı olmayıb. İlham Əliyevin Nikol Paşinyanla gözlənilən görüşü barədə də məlumat verilmir.

Dekabrın 29-da səhər nə Bakı, nə də Yerevan bu məsələni şərh etməyiblər və aydınlıq gətirilməyib. Amma görüşlə bağlı videogörüntülərdən aydın olur ki, Azərbaycan və Ermənistan liderləri bir-iki kəlmə danışıblar.

Ola bilsin ki, tərəflər görüş faktını və hansısa razılaşmanı açıqlamamaq qərarına gəliblər. Ancaq o da ola bilər ki, görüş baş tutmayıb, ya da tərəflər hər hansı razılığa gələ bilməyiblər.

Güman etmək lazımdır ki, yaxın zamanlarda hadisələrin inkişafı və KİV-ə sızmalar bu ehtimalların hansının həqiqətəuyğun olduğunu göstərəcək. -02B-

 



Turan
"24 saat"

Prokurorluq sosial şəbəkələrin beş istifadəçisinə xəbərdarlıq edib

Bakı/29.12.21 Baş Prokurorluq "sensasiya naminə müxtəlif sosial platformalarda həqiqətəuyğun olmayan məlumatların yayılması" ilə bağlı sosial şəbəkələrin beş istifadəçisinə xəbərdarlıq edib.

Baş Prokurorluğun məlumatında bu istifadəçilərin adları açıqlanıb: Bəxtiyar Yusubov, Seymur Günəşli, Bəxtiyar İsmayılov, Mahir Namazov, Musa Əzizov.

Onlar informasiya haqda qanununun 13-2-ci maddəsinin pozulmasında ittiham olunurlar.

Eyni zamanda, prokurorluğun məlumatında sözügedən materialların məhz harada dərc edildiyi və onlarda nədən bəhs olunduğu açıqlanmır. -02D-

 

 



Turan
"24 saat"

Həbsdə olan bloger həbsxanaya köçürülüb

Bakı/29.12.21 Mühakimə olunmuş bloger Aslan Qurbanov dekabrın 23-də 10 saylı cəzaçəkmə müəssisəsindən Qobustan qapalı həbsxanasına köçürülüb. Bu barədə Turan agentliyinə onun atası Azad Qurbanov məlumat verib.

Atanın sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Aslan növbəti 2 ili həmin həbsxanada keçirməlidir.

Məhkəmənin bu qərarı hansı əsasla çıxardığı məlum deyil.

Aslan Qurbanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib, dövlət əleyhinə və millətlərarası ədavətə çağırışlarda (Cinayət Məcəlləsinin 281.2-ci və 283.1-ci maddələri) ittiham olunub. Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib.

Atanın sözlərinə görə, Aslan talışların müdafiəsilə bağlı çağırışlar dərc edib. "Sosial şəbəkələrdə onun bəzi statusları  emosional görünə bilər, amma o, həmişə vətəninə sadiq olub”, - atası qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. -0-



Turan
"24 saat"

Aksiya zamanı polislər jurnalistə xəsarət yetiriblər

Bakı/29.12.21 Dekabrın 28-də jurnalistlərin parlamentin binası qarşısında keçirdikləri aksiya zamanı polis əməkdaşları iştirakçılardan birinə, Nərgiz Absalamovaya ciddi xəsarət yetiriblər.

Videogörüntülərdən məlum olur  ki, polis qadın jurnalistin üzünə vurur  və onu itələyir. Nəticədə Nərgiz Absalamova yerə yıxılıb və büzdüm sümüyü sınıb.

Həkimlərin rəyinə görə, qırılmış sümük çanaq əzələsinə zərər verib.

“Aksiya zamanı qadın polis boğazımdan yapışaraq məni itələdi.  Eyni zamanda o biri polislər digər jurnalistləri itələdilər və biz yol kənarındakı bordürün üzərinə yıxıldıq və arxası üstə düşdük. Mən güclü zərbə aldım. Müayinədən sonra həkim üçhəftəlik yataq rejimi yazıb”, -jurnalist Turan agentliyinə bildirib.

Zərərçəkənin vəkili Zibeydə Sadıqova bildirib ki, bu fakt üzrə Travmatologiya İnstitutunun yazılı rəyi var.

Bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Ombudsman Aparatına yazılı sorğular göndərilib.

Şikayətdə çevik polis alayının əməkdaşının  jurnalistə xəsarət yetirməsi faktı üzrə üzrə cinayət işinin açılması və günahkarların məsuliyyətə cəlb edilməsi tələb olunub, vəkil deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Bundan öncə bu bölmənin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiya zamanı  jurnalistlərdən heç kim xəsarət almayıb.

Xatırladaq ki, onlarla jurnalist parlamentin "Media haqqında" yeni qanunu qəbul etməsinə etiraz edib. -03B-

 



Turan
"24 saat"

Moskva yenidən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçilik təklif edir

Moskva/29.12.21    Moskva münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyənin barış əhval-ruhiyyəsini alqışlayır, Rusiya  Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində bildirib.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına səbəb olardı. Bu baxımdan son zamanlar Ankara və Yerevanın ikitərəfli dialoqa başlamaqla bağlı fəal şəkildə nümayiş etdirdikləri əhval - ruhiyyəni alqışlayırıq", - Rudenko deyib.

Rusiya bu dialoqda Ermənistanla Türkiyə arasında vasitəçi olmağa hazırdır", - o qeyd edib.

“Bununla yanaşı, ilkin şərtlərin irəli sürülməsindən imtina etməyi, tədricən inamın və mehriban qonşuluq mühitinin formalaşmasına gətirib çıxara biləcək qarşılıqlı məqbul mövzulara və addımlara diqqət yetirməyi vacib hesab edirik", -  o deyib.

Xatırladaq ki, Ermənistan-Türkiyə barışıq komissiyasının ilk iclasının Moskvada keçirilməsi təklif edilib. Lakin Ankara ikitərəfli görüşü vasitəçilərsiz keçirməyi təklif edib.02D-

 



Turan
"24 saat"

İnsanların məhz xarici platformalara üz tütduğunun səbəbini tapmaq lazımdır

Bakı/29.12.21 Dekabrın 27-də Milli Məclis lotereya və idman mərc saytlarına girişi qadağan edən "Telekommunikasiya haqqında" qanuna düzəlişi qəbul edib. 

Düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar.

Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir. 

Bəzi ekspertlərin fikrincə, idman mərc saytlarına və xarici lotereyaya çıxışının qarşısını almaqla hökümət bu sahədə də monopoliya yaratmağa çalışır. 

Lotereya və idman mərc saytlarına girişinə qadağa nə ilə bağlıdır? Bu sahədə monopoliya varmı?

Azərbaycanda lotereya oyunlarını keçirən yalnız bir qurumu var.”Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Prezident İlham Əliyeyevin fərmanı ilə 2001-ci ildə yaradılıb və dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidi rvə Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" ASC həyata keçirir.

ASC Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.

2021-ci ilin fevralında isə İqtisadiyyat Nazirliyinə məxsus Azərlotereya ASC-nin Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. 

Qanuni idman mərc oyunların opertoru da ölkədə cəmi bir şirkətdir. “Caspiantech” QSC-nin (19 Mart 2019-cu il tarixinə qədər “Azərinteltek” QSC) ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. 

İqtisadiyyat Nazirliyindən Turana bildirilib ki, qanuna dəyişiklik insanların hüquq və qanunun mənafeələrin qorunması məqsədilə edilir. “Burada heç bir monopoliyadan söhbət gedə bilməz”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, mərc oyunlar böyük bəladır və bu baxımından bu, vətəndaşlarının rifahının yaxşılaşmasına yönəlmiş düzgün qərardır. “Dövlət mərc oyunları üstündə pul qazanmaq istəsəydi ölkədə kazinolar fəaliyyət göstərərdi. Bəzi ekspertlər və deputatlar bu fikirlə çıxış edib, lakin dövlət buna getmir. Çünki dövlətin məqsədi mərc oyunların cəmiyyətə təsirini maksimum dərəcədə azaltmaqdır. Bu, çox vacibdir və bunu başa düşmək və qəbul etmək lazımdır”.

Deputat  hesab edir ki, mərc oyunlarına nəzarət dövlətə məxsus olmalıdır. “Bu lisenziya, monitorinq formasında ola bilər. Bu gün yüzlərlə insan digər xarici platformalarda oynayır və bütün pullarını, var-dövlətini itirir. Məhz ona görə qanuna dəyişiklik çox vacib idi”.

Komitə üzvü qeyd edib ki, dövlət mərc oyunlarından yüksək vergilər büdcəyə daxil ola biləcəyinə baxmayaraq həmin oyunları qadağan etdi. “İndi isə belə çıxır ki, Azərbaycanda oturan insanlar xarici platformalarda oynayacaq, uduzacaq və pularl Azərbaycandan gedəcək. Belə çıxır ki, bir başqa dövlətlərin büdcəsinə pul yatırırıq”.  

Onun sözlərinə görə, bu sahədə çoxlu dələduzlar peyda olub. “İnsanların bank kartlarından dələduz yolu ilə pul silənlər artıq onlayn mərc oyunlar sahəsində də peyda olub. Ona görə də bu sahə dövlətin nəzarətində olmalıdır”. 

“Azərlotereya” ASC-dən Turana bildirilib ki, qurum Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə fəaliyyət göstərir.

ASC-dən qeyd olunub ki, .2020-ci il ərzində “Azərlotereya” ASC üzrə lotereya biletlərinin satışından 49 989,2 min manat və sair əməliyyatlardan 579,4 min manat olmaqla, ümumilikdə 50 568,6 min manat gəlir əldə edilmişdir. “Satışın 56,59 faizi və ya 28 288,5 min manatı uduş fonduna sərf olunmuşdur. Bundan əlavə, əsas istehsal xərclərinin 11 815,8 min manat və gəlirdən çıxılan ƏDV 3 310,3 min manat və əmlak vergisi 2,1 min manat olduğu nəzərə alınmaqla balans mənfəəti 7 151,9 min manat təşkil etmişdir”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, dünyada bir çox ölkələr spirtli içkilərin, tütün məmulatların satışı və mərc oyunları dövlət nəzarəti altında saxlayan qanunlar var. “Sadəcə Azərbaycanda problem ondan ibarətdir ki, bu tipli qaydaları tədbiq edərkən onların texniki tərəfləri haqqında düşünülmür. Bu qadağa necə həyata keçiriləcək? Bank kartlarının Azərbaycan banklarında tranzaksiyalar üçün qadağalar olacaqsa, vətəndaşlar başqa ölkələrin kartlarından istifadə edəcək, əgər saytlara giriş qadağan olunacaqsa VPN-lərdən istifadə edəcəklər”.

Ekspert deyir ki, bunun qarşısını inzibati yollarla kəsmək çox çətindir. “Ona görə də insanların məhz xarici platformalara üz tütduğunun səbəbini tapmaq lazımdır. Səbəb isə odur ki, Azərbaycanın bir mərkəzdən idarə olunan mərc saytlarında uduş əmsalı daha aşağıdır və vətəndaşlar da görürlər ki, eyni vəsaitlə daha çox pul qazanmaq şansı var üz tutur ora”. 

İqtisadçıının fikrincə, Azərbaycanda bu sahə inhisarşılığa alınıb. “Bu sahə sırf dövlətin əlindədir və qanuna edilən dəyişikliyin əsas məqsədi insanları yerli şirkətə yönəltməkdir. Çünki xarici şirkətlərə Azərbaycandan ildə 10 milyonlarla dollarlıq dövriyyəsi olur”.—0--

 



Turan
"24 saat"

"Sərhədsiz reportyorlar" "Media haqqında" qanun layihəsinə yenidən baxılmasına çağırıb

Paris/29.12.21 Azərbaycan parlamenti mətbuat azadlığını ciddi şəkildə sarsıdan qanunu qəbul etməyə hazırlaşır. "Sərhədsiz reportyorlar" təşkilatı  hakimiyyəti Azərbaycan Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasının prinsiplərinə zidd olan qanun layihəsinə yenidən baxmağa çağırır.  Bu barədə təşkilatın 29 dekabr tarixli bəyanatında deyilir.

Azərbaycan Milli Məclisinin deputatları ötən ilin yazından gizli hazırlanan "Media haqqında" qanun layihəsini cümə axşamı üçüncü və yekun oxunuşda qəbul etməyə hazırlaşırlar.

Dekabrın 28-də 30-dan çox müstəqil və müxalifətyönlü KİV jurnalisti Bakıda parlamentin binası qarşısında qanun layihəsinə etiraz edib. Reportyor Nərgiz Absalamova polis əməkdaşı tərəfindən döyülüb və büzdüm sümüyü sınıb. Bu, polisin repressiyasına baxmayaraq, həmin məsələ ilə əlaqədar ikinci etiraz aksiyası idi.

Qanun layihəsi digər məsələlərlə yanaşı, jurnalistlərin reyestrinin və vahid mətbuat kartının yaradılmasını nəzərdə tutur. Yalnız bu kartı olanlar və KİV-ləri hakimiyyət tərəfindən qeydiyyatdan keçənlər jurnalist statusundan istifadə edə biləcəklər. Digərləri onların fəaliyyətinin, əsasən də onlara məhəl qoymayan rəsmi mənbələrlə iş zamanı fəaliyyətlərinin məhdudlaşdırılması ilə üzləşə bilərlər.

Məhz dövlət özbaşına şəkildə kimin jurnalist olub-olmadığını müəyyən edəcək,  qeydiyyatdan keçmiş bütün jurnalistlərə və KİV-lərə dair siyahı və şəxsi məlumatlar (ünvanlar, bank hesabları, müqavilələrin və sair) hakimiyyətdə olacaq. Bütün bunlar onları əlavə riskə məruz qoyur.

Yeni qanun xaricdə yerləşən KİV-in işini daha da çətinləşdirəcək, məsələn, Berlində yerləşən “Meydan” TV və ya digər İnternet-telekanallar kimi.

Azərbaycanda qeydiyyatı olmadan həmin KİV-lərin müxbirlərinin fəaliyyəti qanunsuz olur.

Bundan əlavə, jurnalistlər faktları və hadisələri "obyektiv" şərh etməli, qeyri-rəsmi mənbənin informasiyasından istifadə etməməlidirlər.

Bu, mətbuata ictimai əhəmiyyətli mövzuların araşdırılmasına imkan verməyəcək, yalnız rəsmi versiyanın işıqlandırılması lazım gələcək.

Həmçinin qanun layihəsi şəxsin istənilən təsvirinin, hətta ictimai yerdə, onun yazılı icazəsi olmadan yayılmasını qadağan edir. Bu, seçkilərin saxtalaşdırılmasını sübut edən foto və ya videoların dərcindən qaçmaq üçün yoldur.

"Qeyri- dəqiq formullarla və ziddiyyətlərlə dolu bu qanun KİV üzərində gələcək nəzarətə və senzuranın leqallaşdırılmasına yönəlib", - “Sərhədsiz reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiyada bölməsinin rəhbəri Janna Kavelye bildirib.

"Bu, Azərbaycan Konstitusiyasının informasiya azadlığı haqqında 50-ci maddəsini və Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı haqqında 10-cu maddəsini pozur.

Dövlət jurnalistlərin peşə fəaliyyətinə müdaxilə edərək öz səlahiyyətlərindən kənara çıxır.

“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycan hökumətini və parlamentini Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bu qanuna tamamilə yenidən baxmağa çağırır", -  bəyanatda qeyd olunur. -02D-

 



Turan
"24 saat"

Media ekspertləri Milli Məclisə yeni təkliflər göndərdi

Bir qrup media eksperti və media hüququ üzrə mütəxəssis dekabrın 27-də "Media haqqında" yeni qanun layihəsi ilə bağlı təklif və iradlarını Milli Məclisə göndəriblər.


Ötən həftə Milli Məclisin nümayəndələri və əlaqəli qurumların rəhbərləri "Media haqqında" qanun layihəsini bir qrup KİV rəhbəri və media eksperti ilə müzakirə etmişdilər. 


Layihəyə düzəliş təklifləri çox olduğu və bir sıra hallarda konseptual mahiyyət daşıdığı üçün müzakirələr nəticəsində onların yazılı şəkildə təqdim edilməsi qərara alınmışdı.


Bu gün isə media ekspertləri Mehman Əliyevin, Qulu Məhərrəmlinin, Elçin Şıxlının, Arif Əliyevin, Osman Gündüzün rəylərini nəzərə almaqla, media hüququ üzrə mütəxəssislər Ələsgər Məmmədli və Xalid Ağaliyev həmin təklifləri ümumiləşdirərək Milli Məclisin müvafiq komitəsinə göndəriblər.


Məlumata görə, burada 78 maddəlik qanun layihəsinin 40-dək maddəsinə diqqət yetirilib. 


Onlardan bəzilərinin çıxarılması, digərlərinin yeni redaksiyada verilməsi, yaxud dəyişdirilməsi barədə məsələ qaldırılaraq əsaslandırılıb.


Media ekspertləri ümidvar olduqlarını bildiriblər ki, onların təklifləri öyrəniləcək, layihə indiki vəziyyətdə tələsik 3-cü oxunuşa çıxarılaraq təsdiq edilməyəcək və beynəlxalq standartlara, prinsiplərə uyğun olan, media azadlığını və jurnalist fəaliyyətini təhdid etməyən yeni qanun layihəsinin qəbul olunması imkanı əldən verilməyəcək.

Vüqar Səfərlinin 3 maşını, torpaq sahələri, evləri müsadirə olunub

Əli Həsənova məxsus olduğu deyilən obyekt də müsadirə edilib


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan şəxslər haqqında hökmdə çoxlu sayda daşınar və daşınmaz əmlakların müsadirəsi də əksini tapıb. 


Onların arasında həm Vüqar Səfərlinin özünün, həm də digər təqsirləndirilən şəxslərin özləri və yaxınlarının mülkiyyətində olan əmlaklar var.


Vüqar Səfərlinin müsadirə olunan əmlakları sırasında özünün və oğlunun adına "Rabitəbank”da olan 850 min (350+500) manatlıq əmanət, "Mercedes Benz ML 350”, "Volkswagen Tuareg” və "Toyota Land Cruiser” markalı üç avtomobil, Novxanıda iki bağ evi, Əhmədli qəsəbəsində, İsmayıllı rayonunun Ticran kəndində, Goradil qəsəbəsində torpaq sahələri və fərdi yaşayış evləri, Bakıda – 8 Noyabr prospektində (əvvəlki Fəhlə prospekti) yerləşən obyekt də var.


Təqsirləndirilən 11 nəfərdən Vüqar Səfərli və Nadir Məmmədova həbs cəzası verildi. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş "Portos” MMC-nin keçmiş direktoru olan Nadir Məmmədovun da Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi müsadirə edilən əmlaklar sırasındadır.


"Portos” MMC-nin başqa bir keçmiş direktoru Ədalət Vəliyev də bu işdə təqsirləndirilənlər sırasında idi. Ona şərti cəza verilsə də, adına olan və 32 milyon manat həcmində dəyərləndirilən bina müsadirə olunub. 


Söhbət Mətbuat prospekti 23b ünvanında yerləşən 12 min 533 kvadrat metrlik əmlakın müsadirəsindən gedir.


Jurnalistlər üçün binaların tikintisində 17 milyon manata yaxın yeyintiyə yol verildiyi iddia olunur. 


Ədalət Vəliyev hələ hökmdən əvvəl ailə üzvlərinin razılıq ərizəsilə birlikdə məhkəməyə ərizə vermişdi ki, öz adına olan sözügedən binanı dəymiş ziyanın əvəzi olaraq, dövlət nəfinə keçirməyə hazırdır.


Amma Ədalət Vəliyev onun mülkiyyətində olan binanın harada yerləşməsi, nə vaxt və neçəyə alınması və s. suallara cavab verə bilməmişdi.


Qeyri-rəsmi məlumatlara görə, sözügedən bina Prezidentin keçmiş köməkçisi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundakı mənimsəmələrlə bağlı cinayət işində həm özünün, həm də ailə üzvlərinin dəfələrlə adı keçən Əli Həsənova məxsusdur. Binanı təhvil verən də əslində elə Əli Həsənovun özüdür.


Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, özünü təqsirli bilmir.(Meydan TV)

Ünvanlı sosial yardım alan ailələrə 100 manat…



Prezident İlham Əliyev dekabrın 29-da aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 milyon 800 min manat ayrılıb.


Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb. Həmin müddətdən uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb.


2021-ci ilin martında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 246 manat təşkil edib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Mülki şəxs Ermənistana təhvil verilib



Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, dekabrın 29-da bir erməni əsilli mülki şəxs yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.


Qurum bildirir ki, o, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç olub. "Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib", - məlumatda vurğulanıb.


Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında illərlə sürən gərginliklər olub. Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra onların arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

530 yeni yoluxma aşkarlanıb, 8 ölüm



Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 1 min 209 nəfərin sağaldığı bildirilir.


Bu barədə bu gün, dekabrın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qurum qeyd edib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər də vəfat edib.


Qərargahdan habelə, açıqlandığına görə, indiyə kimi ölkədə ümumilikdə 615 min 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 min 754-ü sağalıb, 8 min 332-si vəfat edib, aktiv xəstə sayı 9 min 756-ya düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"