Bakı/29.12.21 Mühakimə olunmuş bloger Aslan Qurbanov dekabrın 23-də 10 saylı cəzaçəkmə müəssisəsindən Qobustan qapalı həbsxanasına köçürülüb. Bu barədə Turan agentliyinə onun atası Azad Qurbanov məlumat verib.
Atanın sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Aslan növbəti 2 ili həmin həbsxanada keçirməlidir.
Məhkəmənin bu qərarı hansı əsasla çıxardığı məlum deyil.
Aslan Qurbanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib, dövlət əleyhinə və millətlərarası ədavətə çağırışlarda (Cinayət Məcəlləsinin 281.2-ci və 283.1-ci maddələri) ittiham olunub. Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib.
Atanın sözlərinə görə, Aslan talışların müdafiəsilə bağlı çağırışlar dərc edib. "Sosial şəbəkələrdə onun bəzi statusları emosional görünə bilər, amma o, həmişə vətəninə sadiq olub”, - atası qeyd edib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. -0-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder