28 Aralık 2021 Salı

Məhkəmə KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbərinin əmlakını müsadirə edib

Bakı/28.12.21 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin əmlakının müsadirə edilməsi haqqında qərar qəbul edib.

Dünən iyirmi milyon manata yaxın vəsaitin mənimsənilməsinə görə 10 il yarım müddətinə azadlıqdan məhrum edilən Səfərli çox sayda daşınmaz əmlakını: Bakının müxtəlif hissələrində və Bakıətrafı bölgələrdə torpaq sahələrini, evlərini və mənzillərini, İsmayıllıda torpaq sahələrini, habelə bir neçə bahalı avtomobili itirib.

Bundan başqa, məhkəmə Səfərlinin müxtəlif banklardakı hesablarında ümumilikdə 1 mln. manat məbləğində pul vəsaitini müsadirə edib.

Xatırladaq ki, Vüqar Səfərli 2015-2018-ci illərdə 18 milyon manatdan çox vəsaiti mənimsəməkdə təqsirli bilinib.

Bu vəsait jurnalist evlərinin tikintisi zamanı oğurlanıb. Vəsaitin bir hissəsi KİV-ə dəstək və tədbirlərin keçirilməsi məqsədilə pul ayrılması zamanı mənimsənilib.

Səfərlinin işi üzrə Məhkəmədə oğurlanan vəsaitin bir hissəsinin Əli Həsənova - dövlət başçısının köməkçisinə verildiyi barədə məsələ dəfələrlə qaldırılsa da, məhkəmə Həsənovu prosesə dəvət etməyib. -02D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder