Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.
Cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, külli miqdarda rüşvət almaqda ittiham olunur.
Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslimovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.
27 Aralık 2021 Pazartesi
Yazıçı Əjdər Olun məhkəməsinin vaxtı məlum oldu
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder