28 Aralık 2021 Salı

İran səfirliyi Qarabağa gələn iranlıların ölkə ilə əlaqəsi olmadığını bildirir

Bakı/28.12.21 İran İslam Respublikasının Bakıdakı səfirliyi iranlıların Xankəndi şəhərində qarışıq döyüş yarışlarında iştirak üçün bu şəhərə gəlməsi ilə bağlı bəyanat yayıb. Məlumatda deyilir ki, İran İslam Respublikasında qarışıq döyüş növləri (qeyri-ənənəvi döyüş idmanı) zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır. Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur.

"Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər. Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər", deyə bəyanatda bildirilir.

Amma səfirlik bu qanunsuz əməlləri törədən şəxslərə qarşı hansı tədbirlərin görüləcəyini açıqlamır. -02B-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder