25 Aralık 2021 Cumartesi

Əliyev ənənəsinə sadiq qalıb

Bakı/25.12.21 “Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə”, - dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev bildirib. O 60 yaşını qeyd etdiyi gün ailəsilə birlikdə Şuşaya gedib.

Əliyev qeyd edib ki, yubiley gününü məcburi köçkünlərlə ünsiyyət, sosial əhəmiyyətli obyektlərin açılışı ilə qarşılamaq ənənəsinə sadiq qalıb.

“Biz ölkə ərazisində və bölgədə gedən proseslərə, sadəcə, seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ Müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi”, - o deyib.

O, atası Heydər Əliyevin yanında olmamasından kədərləndiyini bildirib. İşğal olunmuş ərazilərin mütləq azad ediləcəyinə olan inamı ilə o, adamlara ümid verirdi və nəticədə bu ümid xalqı qələbəyə gətirib çıxardı.

“Necə ki Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik”, - Əliyev bildirib. 0—

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder