26 Aralık 2021 Pazar

511 yeni yoluxma aşkarlanıb



Son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb və bu virusa yoluxanlardan 1178 nəfəri sağalıb.


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 26-da açıqladığı məlumatda belə deyilir. Qurumun məlumatında bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.


Bildirildiyinə görə, indiyədək Azərbaycanda ümumilikdə 614 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 min 98 nəfəri sağalıb, 8 min 297 nəfər vəfat edib, aktiv xəstə sayı isə 11 min 235-ə düşüb


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.


2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder