28 Aralık 2021 Salı

377 yeni yoluxma aşkarlanıb



Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb.


Bu barədə bu gün, dekabrın 28-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində danışıb.


Y.Qarayeva əlavə edib ki, Azərbaycanda indiyə qədər 600 mindən çox şəxsin bu virusa yoluxması qeydə alınıb, onlardan da 8 mindən çoxu vəfat edib. Onun sözlərinə görə, ikiillik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabr aylarında qeydə alınıb: "Son üç ayda ən yüksək yoluxma yenə də noyabrda olub".


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder