Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 28-də bu ölkənin Sankt-Peterburq şəhərinə gedib. O, Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının görüşündə iştirak edəcək. MDB-nin qeyri-formal sammiti elə bu gün, dekabrın 28-də keçiriləcək.
MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Ora keçmiş SSRİ respublikalarından Baltikyanı respublikalar və Gürcüstan daxil deyil.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder