Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb və bu virusa yoluxanlardan 560 nəfərin sağaldığı bildirilir.
Bu barədə dekabrın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.Qurumdan qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
Vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 614 min 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 min 658-i sağalıb, 8308-i vəfat edib, aktiv xəstə sayı 10 min 970-ə düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder