Bakı/28.12.21 Yeni il ərəfəsində dövlət başçısının ideologiya məsələləri üzrə keçmiş köməkçisi Əli Həsənov layiq olduğu növbəti zərbəni alıb.
Ağır Cİnayətlər Məhkəməsi onun böyük aktivini - Mətbuat prospektində yerləşən, dəyəri 36 milyon manat olaraq qiymətləndirilən Beynəlxalq Mətbuat Mərkəzini müsadirə edib.
Bu altımərtəbəli binada BMM-dən başqa, "Kaspi" qəzetinin, Novosti-Azerbaydjan saytının redaksiyaları, "Araz" FM radiosu, "RİA Novosti" Agentliyinin Azərbaycan şöbəsi, Jurnalistlərin Həmkarlar İttifaqı, habelə bir sıra QHT-lər yerləşirdi.
Bütün bu qurumlar Əli Həsənovun nəzarəti altında idi və 2019-cu il noyabrın 29-da o, vəzifədən azad edilənə qədər onun tərəfindən, bilinməyən mənbələrdən maliyyələşdirilirdi.
Xatırladaq ki, dövlət başçısının vəzifədən azad edilən keçmiş köməkçisi bir müddət əvvəl "Xəzər" telekanalını itirmişdi. -02B-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder