25 Aralık 2021 Cumartesi

Ekspertlər "Media haqqında" qanunu yenidən müzakirə etdilər

Müstəqil ekspertlər dekabrın 24-də "Media haqqında" qanun layihəsini yenidən müzakirə ediblər.


Bu barədə media hüququ üzrə ekspert Ələsgər Məmmədli məlumat yayıb.


O bildirib ki, müzakirədə professor Qulu Məhərrəmli, Press Klubun rəhbəri Arif Əliyev, Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı və hüquqşünas Xalid Ağalıyev iştirak edib. 


"Media qanunu layihəsinin dünənki müzakirəsində qərara gəldik ki, Milli Məclisin komitəsinə layihə ilə bağlı təkliflərimizi yazılı təqdim edək. Bu gün çox dəyərli şəxslərlə yazılı təkliflərin formalaşdırılması prosesini davam etdirdik. Layihədə demək olar ki, hər maddə, hər bənd xüsusi müzakirədən keçməlidir. Uzun və gərgin işdir", - Ələsgər Məmmədli qeyd edib.


O deyib ki, gələn həftənin əvvəlinə təklifləri yekunlaşdırıb, Parlamentə təqdim edəcəklər. 


Azərbaycanda "Media haqqında" qanun layihəsi Milli Məclisin II oxunuşundan keçib. Hazırda layihə ilə bağlı müzakirələr davam edir. 


Ekspertlər hesab edirlər ki, layihədə medianın fəaliyyətini məhdudlaşdıran mürtəce maddələr yer alıb. 

Hiç yorum yok:

Yorum Gönder