Bakı/28.12.21 Müstəqil Dövlətlər Birliyinin yaradılması əsaslı addım idi, bu barədə Vladimir Putin MDB-nin qeyri-formal sammitində bildirib.
RİA Novosti-nin məlumatına görə, dövlət başçısı ötən onilliklər ərzində bir çox əsaslı dəyişikliklərin baş verdiyini, amma hələ SSRİ dövründə qazanılmış əlaqələrin birlik üzvlərinin mürəkkəb mərhələlərdən digər ölkələrdən daha yaxşı keçməsinə kömək etdiyini vurğulayıb.
"Biz Rusiyada bu münasibətləri dəstəkləmişik və gələcəkdə də dəstəkləmək niyyətindəyik. Amma hazırki rejimdə toplanmağımıza səbəb olan, dərin müzakirə tələb edən əsas mövzulardan biri bizim koronavirus infeksiyası pandemiyasına qarşı ümumi mübarizəmizdir", deyə Putin əlavə edib.
MDB ölkə başçılarının ənənəvi qeyri-formal görüşü Peterburqda Rusiya liderinin təşəbbüsü ilə keçirilir. Görüşdə Ermənistan baş naziri Nikol Paşinyan, prezidentlər İlham Əliyev (Azərbaycan), Aleksandr Lukaşenko (Belarus), Kasım-Jomart Tokayev (Qazaxıstan), Sadır Japarov (Qırğızıstan), Emomali Rahmon (Tacikistan), Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan), Şavkat Mirziyeyev (Özbəkistan) və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edirlər.
Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişi Rusiya, Ukrayna və Belarus liderləri 8 dekabr 1991-ci il tarixində imzalayıblar. -0-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder