24 Aralık 2021 Cuma

Reanimasiyada yanğında 2 nəfər həlak olub




Yerli media yanğının səbəbi kimi lampada qısa qapanma ehtimalından yazır




Rusiyanın Həştərxan şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində yanğında iki nəfər həlak olub.


Xəbəri TASS və Ria Novosti dekabrın 24-də xilasetmə xidmətlərinə istinadla yayıb. TSS yanğının söndürüldüyünü bildirir.


Rusiyanın fövqəladə hallar nazirliyi bəyanatında itkilərin olduğunu bildirsə də, detalları açıqlamayıb.


Yerli media yanğının səbəbi kimi lampada qısa qapanma ehtimalından yazır.


Məlumatlara görə, süni nəfəs aparatlarında problem olmayıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder