COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib
Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb və bu virusa yoluxanlardan 1104 nəfərin sağaldığı bildirilir.
Bu barədə dekabrın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.Qurumdan vurğulanıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib.
Bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 613 min 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 min 828-i sağalıb, 8 min 269-u vəfat edib, aktiv xəstə sayı isə 12 min 521-ə düşüb
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder