Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən oluna bilər.
Bu, Milli Məclisin bu gün, dekabrın 24-də keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.
Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder