28 Ocak 2022 Cuma

Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub,

Bakı/28.01.22 Son sutka ərzində Azərbaycanda 3564 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1004 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 28-də bildirib.

Ümumilikdə, pandemiya başlayandan Azərbaycanda 647 073 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 621 186 nəfər sağalıb, 8 683 nəfər vəfat edib, aktiv xəstələrin sayı 17 204 nəfər təşkil edir.

Son sutka ərzində ölkədə 12 445 test aparılıb.

Həmçinin, son sutka ərzində 30 887 nəfər COVID-19-a qarşı peyvənd olunub.

Gün ərzində birinci doza ilə peyvənd olunanların sayı 2503, ikinci doza 2065, gücləndirici doza 26319 nəfər olub.

Bu günə  Azərbaycanda peyvəndlərin ümumi sayı 11 936 475 nəfərdir ki, onlardan 5 225 069 peyvəndin ilk dozası, 4 738 970 nəfəri iki doza, 1 972 436 nəfəri isə gücləndirici doza qəbul edib.—06B-



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder