Tacikistan rəsmiləri yanvarın 27-də deyiblər ki, atışmada yaralanan üç tacik sərhədçi xəstəxanaya yerləşdirilib
Yanvarın 27-də Qırğızıstan və Tacikistan sərhədçiləri sərhədin mübahisəli sektorunda atışıblar.
Ötən il iki ölkə arasında baş vermiş sərhəd toqquşmasında onlarca ölən olmuşdu.
Tacikistan rəsmiləri yanvarın 27-də deyiblər ki, atışmada yaralanan üç tacik sərhədçi xəstəxanaya yerləşdirilib.
İki ölkə sərhədin bu sektorunda bir-birini yolu kəsməkdə ittiham edir.
Qırğızıstan tərəfindən hər hansı itki barədə məlumat verilməyib.
Xəbərlərdə toqquşmaların günortadan sonra da davam etdiyi bildirilirdi.
Qırğızıstanın Batken regionunda sərhəd xidmətinin başçısı Kyal Tolonbayev AzadlıqRadiosuna deyib ki, atışma hər iki tərəfdən olub, amma toqquşmalar Tacikistan tərəfi sözü gedən yolu “birtərfli” qaydada bağladıqdan sonra başlanıb.
Tolonbayev sərhədin Tort-Koço kimi tanınan sektorunda baş verənlərin təfərrüatlarını açıqlamayıb.
İki KTMT üzvünün “sovet” sərhədi
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Xidməti bundan əvvəl bildirmişdi ki, Tolonbayev və onun tabeliyində olan polkovnik Rustam Mirşakirov Tort-Koço sahəsindəki vəziyyəti nəzarət altına almaq üçün ezam ediliblər.
Bu arada Tacikistanın Batken rayonu ilə həmsərhəd İsfara regionunun sözçüsü Zubaydullo Şamodov AzadlıqRadiosuna deyib ki, yolu qırğız tərəfi bağlayıb.
970 kilometr uzunluğu olan Tacikistan-Qırğızıstan sərhədi indiyədək heç vaxt demarkasiya olunmayıb və bu, iki ölkə arasında zaman-zaman gərginlik yaranmasına gətirib çıxarıb.
Mərkəzi Asiyada sovet zəmanəsində çəkilən sərhədlərin əksəriyyəti mübahisəli olaraq qalır.
Ən mürəkkəb vəziyyət Tacikistan, Qırğızıstan və Özbəkistanın müxtəlif eksklavlara malik olduqları Fərqanə vadisindədir.
Ötən ilin aprelində Qırğızıstan-Tacikistan sərhədində baş vermiş ağır toqquşmalarda onlarca həlak olan olmuşdu.
Qırğzıstan və Tacikistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder