Bakı/27.01.22 Facebook sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından "fake" (saxta) hesabların açılması müəyyən edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Prokurorluq bildirir ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş facebook, instagram, youtube, telegram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyil.
"Odur ki, vətəndəşlarımıza ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.
Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə, bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildiririk", deyə məlumatda bildirilir.-0-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder