28 Ocak 2022 Cuma

Xəzərdə dalğanın hündürlüyü 3,4 metrə çatıb

Bakı/28.01.22 Yanvarın 27-də günün  ikinci yarısından başlayaraq Azərbaycan ərazisinin əksər hissəsində yağış və qar yağır, Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin sinoptikləri bildiriblər.

Artıq cümə günü saat 11:00-a yaxın qar örtüyünün hündürlüyü Ordubadda (Naxçıvan) 41 santimetr, Qaxda 39, Şahbuzda (Naxçıvan) 15, Qrız (Quba rayonu) 13, Lerik 7, Kiş (Şəki) 5, Xaltan 4, Şamaxı 2, Daşkəsəndə 1 santimetrə çatıb.

Tərtərdə şimal-qərb küləyinin gücü 18 metr/saniyə, Bakıda və Abşeronda 20 metr/saniyə olub.

"Neft Daşları" stansiyasının məlumatına görə, Xəzərdə dalğanın hündürlüyü 3,4 metrə çatıb. -05D06-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder