Bakı/26.01.22 Azərbaycanda peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı sayımayacaq. Odur ki, bu kateqoriyadan olan şəxslər “buster doza” vurdurmalıdırlar, əks halda idman və sağlamlıq obyektlərinə, toylara, ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət obyektlərinə gedə bilməyəcəklər, yalnız qüvvədə olan COVİD -pasportu ilə getmək mümkün olacaq.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.—06Â-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder