Bakı/30.01.22 Son sutka ərzində Azərbaycanda 4943 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1581 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 30-da bildirib.
Ümumilikdə, ölkədə 656 284 nəfərdə COVID-19-a yoluxma faktı aşkarlanıb, onlardan 624 259 nəfər sağalıb, 8 720 nəfər vəfat edib, 23 305 nəfər aktiv xəstədir.
Son sutka ərzində 14 204 koronavirus testi aparılıb.
Həmçinin, son sutka ərzində 29 728 nəfər COVID-19-a qarşı peyvənd olunub.
Gün ərzində birinci doza ilə peyvənd olunanların sayı 2374, ikinci doza 1310 nəfər olub.
Bu günə Azərbaycanda peyvəndlərin ümumi sayı 12 000 749 nəfərdir ki, onlardan 5 230 388 nəfər peyvəndin ilk dozasını, 4 742 169 nəfəri iki dozanı, 2 028 192 nəfəri isə gücləndirici doza alıb.—06B-.
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder