31 Ocak 2022 Pazartesi

Gürcüstan Rusiya müxalifətçisini Ukraynaya deportasiya edib


Dmitri Qudkov 2021-ci ilin iyununda Rusiyanı tərk edərək Ukraynaya gedib


Rusiya siyasətçisi və Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov deyib ki, onu Gürcüstana buraxmayıblar və Ukraynaya deportasiya ediblər.


O bu barədə özünün Twitter hesabından yazıb:


"Kiyevdən Tbilisyə gəlmişdim. Amma burada dövlət səviyyəsdində mənim geriyə, Kiyevə deportasiyam barədə qərar qəbul olunub. Bu siyasi qərardır. Mənim səfərim haqda hamıya xəbər verilmişdi və mən rəsmi dəvətlə gəlmişdim. Fəallar və diplomatlarla görüşlərim nəzərdə tutulmuşdu”


Dmitri Qudkov 2021-ci ilin iyununda Rusiyanı tərk edərək Ukraynaya gedib.


Bundan əvvəl onun və ona bağlı olanların toplam 10-dək mənzilində axtarış aparılmışdı.


O “böyük məbləğdə maddi ziyan vurulması və etibardan sui-istifadə” ittihamı ilə açılmış cinayət işində şübhəli qismində keçirdi.


Siyasətçinin vəkilləri deyirdilər ki, onu habelə xalası İrina Yermilovanın başçılıq etdiyi firma ilə əlaqdar olaraq ittiham edirdilər.


Yermilova firmanın yerləşdiyi otaqlar üçün Moskva meriyasına 1 milyon rubl kirayə pulunu verməməkdə günahlandırılırdı.


Söhbət altı il bundan əvvəl baş vermiş hadisədən gedirdi.


Qudkov ona qarşı ittihamın əsassız olduğunu bildirib. O bunu da deyirdi ki, Rusiya prezidemti administrasiyasının yaxın çevrəsindən olanlar ondan ölkədən getməsini tələb ediblər, əks halda ona qarşı cinayət işi qaldırılacağını və həbs olunacağını bildiriblər.


Atası da mühacirətdədir


AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, siyasətçi seçkidən sonra Rusiyaya qayıtmağı planlaşdırdığını deyirdi, amma vəziyyətlə bağlı Kiyevdə qalmalı olub.


O hazırda Şengen vizası üçün müraciətinə cavab gözləyir. Bu viza Avropa İttifaqının ərazisində 90 günədək qalmaq imkanı verir.


Qudkov hazırda siyasətlə məşğul olur və insan haqları müdafiəçisi kimi fəaliyyıətini davam etdirir.


Onun atası Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkova qarşı da Rusiyada cinayət işi qaldırılıb.


Hakimiyyət orqanları onun evindən odlu silah tapıldığını iddia edib. Bu da iddia olunur ki, onun deputat kimi silah gəzdirmək lisenziyasının etibarlılıq müddəti ötüb.


O hazırda Bolqarıstandadır.


Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder