28 Ocak 2022 Cuma

Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyard avro yerləşdirib /YENİLƏNİB/

Bakı/28.01.22 Azərbaycan Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında 6 ay müddətinə 1 milyard avro depozit yerləşdirib. Bu barədə yanvarın 28-də Azərbaycan Dövlət Neft Fondunun məlumatında deyilir.

Sövdələşmə yanvarın 27-də Türkiyədə maliyyə sabitliyinə müsbət təsir göstərmək məqsədilə həyata keçirilib, məlumatda bildirilir. -02D-

*   *   *

2022 Yanvar 28 (Cümə) 16:29:51

Bakı və Ankara hesablaşmaları milli valyutada aparacaqlar?

Bakı/28.01.22 Azərbaycan Mərkəzi Bankının rəhbəri Azərbaycanın Türkiyə ilə 1 milyard avroluq (1,14 milyard dollar) valyuta svopunu həyata keçirmək niyyəti barədə məlumatları təkzib edib. Praktikada bu,  sözügedən vəsaitin müvafiq həcmdə türk lirəsinə dəyişdirilməsi deməkdir. Bugünkü məzənnə ilə faktiki olaraq Türkiyədən 15 milyarddan artıq lirənin alınması deməkdir.

Bu barədə son iki həftədə bir neçə xarici KİV məlumat yayıb. Lakin yanvarın 28-də Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov Bakıda keçirilən mətbuat konfransında deyib: "Azərbaycan və Türkiyə Mərkəzi bankları bu məsələ ilə bağlı heç bir danışıq aparmırlar".

“Biz Türkiyə ilə milli valyutada hesablaşma mexanizminin yaradılması barədə danışıqlar aparırıq və bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq", - o dəqiqləşdirib.

Bundan öncə adı açıqlanmayan mənbələr “Bloomberg” agentliyinə bildiriblər ki, Azərbaycan valyuta mübadiləsi əvəzinə Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində depozit hesabı açacaq.

“Reuters” agentliyi də ötən ay bildirib ki, Türkiyə Bakı ilə valyuta svopu sövdələşməsinin imzalanmasına yaxındır.

Lirənin ABŞ dollarına nisbətdə rekord səviyyədə dəyərsizləşməsi fonunda Türkiyənin maliyyə dəstəyinə ehtiyacı var. Ötən ay Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları mənfi 56 milyard dollara düşüb ki, bu da 2002-ci ildən bəri ən aşağı göstəricidir. -02D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder