28 Ocak 2022 Cuma

Paşinyan deyir ki, Ermənistanın peşəkar ordusu olacaq


Yanvarın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin yaradılmasının 30 illiyi münasibətilə təbrik müraciəti edib


“Bugün biz silahlı qüvvələrin inkişafına yönəlik sistemli islahatlar yolu ilə gedirik”.


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu yanvarın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin yaradılmasının 30 illiyi münasibətilə təbrik müraciətində deyib:


“Bu üç onillik ərzində Ermənistan ordusu şərəfli günlər yaşayıb və çoxsaylı sınaqlardan çıxıb. Erməni xalqı vətənimizin müdafiəsi, təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda sonadək vuruşmuş bütün qəhrəman əsgər, zabit, general və könüllülərimizi layiqincə qiymətləndirir”.


Paşinyanın təbrik müraciəti hökumətin rəsmi internet saytında dərc olunub:


“Bugün biz silahlı qüvvələrin inkişafına yönəlik sistemli islahatlar yolu ilə gedir, ordunun keçdiyi yolu, onun üstünlüklərini, çatışmazlıq və problermlərini yenidən dəyərləndiririk. Ermənistan Respublikasının peşəkar ordusu olacaq və hökumət gələcək təhlükəsizlik mühitimizin qurulması yolunda yorulmadan, şübhə etmədən, bədbinliyə qapılmadan bu vəzifəni yerinə yetirəcək”.



Standartların yüksəldilməsi


Baş nazir bildirib ki, hökumət 2018-ci ildən bəri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması prosesinə başlayıb və bu iş dayandırılmayacaq:


“Ermənistan Respublikasının hər bir əsgər və zabiti dövlətin dəstəyini hiss etməlidir və biz bu məsələdə ardıcıl olacağıq. Hərbi və zabit xidməti cəmiyyətin xüsusi hörmət obyekti olmalıdır və bu öz əksini hərbi qulluqçuların və onların ailə üzvlərinin xüsusi sosial qarantiyalarında tapmalıdır”.


Paşinyan bildirib ki, eyni zamanda xidmətin intellektual, peşəkar, fiziki və psixoloji hazırlığının qiymətləndirilməsi standartları da yüksəldilməlidir.


Baş nazir Ermənistan ordusunun təşəkkülünün əsasında dayanmış könüllüləri, əsgərləri, zabitləri və generalları təbrik edib:


“Vətimizin bütün müdafiəçilərinə, bütün hərbi qulluqçulara ölkəmiz və xalqımız naminə verdikləri qurbanlara, ağır şəraitdə sədaqətli xidmətlərinə görə təşəkkürümü bildirirəm”.


Baş nazir deyib ki, “həlak olmuş qəhrəmanların xatirəsi əbədi, əməli müqəddəsdir”.


Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder