Bakı/26.01.22 2021-ci ildə Rusiyanın iki biznes qrupu azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanlarını öyrənmək üçün Azərbaycana səfər edib. Bu barədə yanvarın 26-da mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.
Onun sözlərinə görə, Rusiya şirkətləri Qarabağda kənd təsərrüfatı sahəsi, tikinti materiallarının təchizatı, dəmir yolunun və energetika obyektlərinin tikintisinə investisiya üçün 14 ərizə verib. Rusiyanın nəqliyyat layihələrində də iştirakı müzakirə olunur.
Səfir qeyd edib ki, bu il Udmurtiya və Sankt-Peterburqdan biznes missiyaları gələcəklər. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder