Bakı/26.01.22 Yanvarın 27-də İran prezidenti Seyid Rəisi Tehranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Raisi Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Öz növbəsində Həsənov Azərbaycan prezidenti İlham Əliyevin salamını çatdırıb və azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat verib.
Görüş zamanı hərbi əməkdaşlıq daxil olmaqla, müxtəlif istiqamətlərdə ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder