
Operativ Qərargahdan dekabrın 6-da habelə bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 944 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan dekabrın 6-da habelə bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
Qərargahdan qeyd edildiyinə görə, indiyədək ölkədə ümumilikdə 596 min 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 min 521-i sağalıb, 7983-ü vəfat edib, aktiv xəstə sayı 23 min 469-a düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder