21 Aralık 2021 Salı

622 yeni yoluxma aşkarlanıb




Dekabrın 21-də COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib



Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1452 nəfərin sağaldığı bildirilir.


Bu barədə dekabrın 21-də məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargahdan qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.


Qurumdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 611 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 min 790-ı sağalıb, 8222-i vəfat edib, aktiv xəstə sayı 14 min 545-ə düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.


2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.


Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder