4 Aralık 2021 Cumartesi

Azərbaycan noyabrın 16-da saxlanılan 10 erməni hərbçisini azad edib

  Bakı/04.12.21 Azərbaycan dekabrın 4-də 10 erməni hərbçisini Ermənistan tərəfinə təhvil verib. Bu barədə şənbə günü Azərbaycanıò Əsirlərlə İş üzrə Dövlət Komissiyası məlumat yayıb.

 Həmin mənbənin məlumatına görə, èã şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər istiqamətində həyata keçirdiyi “təxribat” zamanı saxlanılıblar.

  Danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

Dövlət Komissiyası minalanmış ərazilərin xəritələrinin alınmasında vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə minnətdarlığını bildirir.

   Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfi saxlanılan hərbçilərin müqabilində Füzuli, Ağdam və Cəbrayıl rayonlarının mina xəritələrini təqdim etmişdi.

   Ermənilər tərəfindən bu dəfə hansı rayonların xəritələri verildiyi barədə məlumat verilmir. -02D-



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder