4 Aralık 2021 Cumartesi

Azərbaycan və Ermənistan XİN başçılarının anons edilmiş görüşü baş tutmayıb

Bakı/04.12.21 Yerevanın Stokholmda ATƏT-in nazirlər konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 3-də keçiriləcəyini anons etdiyi görüş baş tutmayıb. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.

O, Ermənistan tərəfin dəfələrlə elan etdiyi görüşün baş tutmamasının səbəbini açıqlamayıb. Eyni zamanda, Unanyan deyib ki, "Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşdən heç vaxt çəkinməyib".

Onun sözlərindən belə bir nəticə çıxarmaq olar ki, Yerevan ATƏT MQ-nin həmsədrlərinin iştirakı ilə görüş keçirilməsində israr edirdi, Bakı isə bununla razılaşmayıb.

Eyni zamanda, Azərbaycan XİN nə həmsədrlərin iştirakı ilə, nə də onların iştirakı olmadan planlaşdırılan Bayramov-Mirzoyan görüşü haqqında heç bir məlumat verməmişdi. -02D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder