8 Aralık 2021 Çarşamba

Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı

Bakı/08.12.21 Dekabrın 8-də Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu telefon söhbətində bölgədə mövcud olan son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan XİN-in məlumatına görə, bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar. -0-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder