2 Aralık 2021 Perşembe

Bakı İnsan Hüquqları Klubu Tofiq Yaqublunun döyülməsində təqsiri olanları cəzalandırmağa çağırıb

Bakı/02.12.21 Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) dekabrın 1-də Bakıda etiraz aksiyası zamanı polisin əsassız güc tətbiq edərək siyasi fəal Tofiq Yaqubluya fiziki zor tətbiq etməsi və digər fəalların saxlanması zamanı hədsiz güc tətbiq etməsi ilə bağlı öz narahatlığını ifadə edir.

Klubun bəyanatında deyilir ki, insanların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmaq və polisin əassız güc tətbiq etməsi ciddi qanun pozuntusudur və bu məsələ aidiyyatı dövlət strukturları tərəfindən ədalətli araşdırılmalı və təqsirkar şəxslər cəzalandırılmalı, ölkədə qanunun aliliyi təmin edilməlidir.

BİHK aidiyyatı dövlət qurumlarını Tofiq Yaqubluya fiziki zor tətbiq etmiş şəxs və ya şəxsləri ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cəzalandırmağ çağırır.

* BİHK-nin rəhbəri hüquq müdafiəçisi Rəsul Cəfərovdur. -06D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder