Bakı/06.12.21 Böyük Britaniya hakimiyyətinin qərarına əsasən, dekabrın 7-dən etibarən bu ölkəyə səfər edərkən səfərdən maksimum 48 saat əvvəl verilmiş PCR testinin mənfi nəticəsi təqdim edilməlidir. 12 yaşdan aşağı uşaqlar istisna təşkil edir.
Buna qədər vaksinasiya haqqında sertifikatları olan Azərbaycan vətəndaşlarından PCR testi tələb olunmurdu, amma artıq bu, kifayət etmir.
Böyük Britaniya Oxford/AstraZeneca, Pfizer BioNTech, Moderna və ya Janssen vaksinləri ilə iki dəfə vaksinlənmə haqqında sertifikatları qəbul edir. İkinci vaksinasiyadan sonra ən az 14 gün keçməlidir. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder