"Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır".
Bunu Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
O bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə qadın vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.
"Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə o bildirib.
4 Aralık 2021 Cumartesi
DİN məlumat yaydı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder