3 Aralık 2021 Cuma

Milli Məclis 2022-ci ilin büdcəsini təsdiqlədi



Milli Məclisin bu gün, dekabrın 3-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə edilib.


İclasın gündəliyinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" (üçüncü oxunuş) qanun layihəsi daxil edilib.


Layihəyə əsasən, Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat müəyyən edilib.


Sənəddə neftin bir bareli 50 dollar götürülüb.


Layihə üçüncü oxunuşda da qəbul edilib.


Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon min manat təsdiq edilmişdi. Neftin bir bareli isə 40 dollar müəyyən edilib.


Hazırda Azərbaycan nefti 70 dollardan baha satılır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder