3 Aralık 2021 Cuma

Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi

Yelo Bank olaraq müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar təqdim etməkdən qürur duyuruq. Çoxsahəli satış komandamıza Qeyri - kredit məhsullarının satışının təşkili şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi axtarırıq.


Vəzifə öhdəlikləri:



  •  Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması

  •  Satışın artırılmasına dair təkliflərin hazırlanması

  •  Kurasiya etdiyi filial əməkdaşların (kassa, əməliyyat, müştəri məsləhətçisi) məzuniyyət və yerdəyişmələrinin planlaşdırılması

  •  Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması

  •  Kurasiya etdiyi filialların əməkdaşlarının (kassa, əməliyyat, müştəri məsləhətçisi) iş şəraitinin yaradılmasına dəstək və nəzarət

  •  Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması

  •  Qeyri-kredit məhsulların satışının həvəsləndirməsinə dair marketinq proqramların / aksiyaların keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və onların həyata keçirilməsində iştirak

  •  Yeni qeyri-kredit məhsullarının təqdimatı üçün tədbirlərin keçirilməsi

  •  Ön ofis üzrə İşə qəbul olunan təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi


Tələblər:



  •  Ali İqtisadi təhsil

  •  Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır

  •  MS Office (Excel) bilikləri

  •  Yüksək analitik qabiliyyət və hesabatlılıq bacarıqları

  •  Bank sahəsində minimum 2 (iki) il iş təcrübəsi

  •  AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi bilikləri

  •  Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik


Biz Sizə nə təklif edirik:



  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti

  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar

  •  Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv

  •  Tibbi sığorta proqramına qoşulma

  •  Yığım sığortasına qoşulma imkanı


Siz elektron poçtun “mövzu” yerinə “QKMSTŞ - mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. 


CV yollamaq üçün bu linkə keçid edin - https://www.yelo.az/az/about-bank/career/vacancies/qeyri-kredit-mehsul-mutexessis/

Hiç yorum yok:

Yorum Gönder