3 Aralık 2021 Cuma

Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib

Bakı/03.12.21 Bu gün saat 13.00-a yaxın Xocavənd rayonunda mövqelərdən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu erməni  tərəfindən hücuma məruz qalıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Mənbənin məlumatına görə, o, azərbaycanlı hərbçinin silahını ələ keçirməyə çalışıb. Azərbaycanlı hərbçi xəbərdarlıq atəşindən sonra özünümüdafiə məqsədilə hücum edəni “zərərsizləşdirib”.

Hadisə barədə Rusiya sülhməramlıları kontingentinə və Rusiya-Türkiyə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Erməni tərəfi hələlik belə insident barədə məlumat yaymayıb.- 06B-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder