Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 576 nəfərin sağaldığı bildirilib.
Bu barədə bu gün, yanvarın 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər də vəfat edib.
Qərargahdan habelə, vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 617 min 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 min 645-i sağalıb, 8 min 383-ü vəfat edib, aktiv xəstə sayı 7 min 924-ə düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder