7 Ocak 2022 Cuma

547 yeni yoluxma aşkarlanıb, 9 ölüm



Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 851 nəfərin sağaldığı açıqlanıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib.


Bu barədə məlumatı yanvarın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.


Qərargahdan habelə, vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 min 537-si sağalıb, 8 min 431-i vəfat edib, aktiv xəstə sayı 7 min 81-ə düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder