24 Ocak 2022 Pazartesi

757 yeni yoluxma aşkarlanıb, 9 ölüm




Bu virusa yoluxanlardan isə 302 nəfərin sağaldığı bildirilir



Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 302 nəfərin sağaldığı bildirilir.


Bu barədə məlumatı yanvarın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan qeyd edilib ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib.


Qurumdan vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 634 min 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 min 594-ü sağalıb, 8619-u vəfat edib, aktiv xəstə sayı 13 min 275-ə yüksəlib.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.


Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder