10 Ocak 2022 Pazartesi

Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib



Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü Birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 10-da 91 yaşında vəfat edib.


Bu barədə "Turan"a onun yaxınları məlumat verib.


Məlumata görə, Ə.Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.










Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakı şəhərində doğulub.


SSRİ-nin Nepal Krallığında və Pakistan İslam Respublikasında səfiri olmuşdu.


1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində çalışıb.


Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Azərbaycanda qətllər törətməsindən bir neçə gün öncə, etirazlar zamanı Azərbaycanı tərk etmiş, Moskvaya sığınmışdı.


Həmin vaxt sovet qoşunları Azərbaycanda 130-dan çox şəxsi qətlə yetirmiş, 700-dən çox şəxs isə yaralanmışdı.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder