1 Ocak 2022 Cumartesi

Rusiyada avtomobillərə texniki baxışı ləğv etdilər. Azərbaycan DİN Rusiyadan nümunə götürəcəkmi?

Bakı/01.01.22 Başa çatmaqda olan ilin sonunda Duma bütün sürücüləri sevindirən qanun qəbul edib: avtomobil sahibləri - texniki şəxslər üçün avtomobillərin məcburi texniki baxışı ləğv edilib. Məcburi texniki baxış ancaq avtomobilin sahibi dəyişdiyi, o da ki maşın yeni olmadıqda tətbiq ediləcək.   

Rusiyalı deputatlar rusiyalı sürücüləri belə təbrik ediblər. Azərbaycanda isə dörd ildən yuxarı avtomobillər üçün texniki baxış məcburidir. Maşının istehsalından 10 il keçdikdən sonra texniki baxışdan iki ildə bir dəfə, sonra isə hər il keçmək lazımdır. Bundan əlavə, 2021-ci ilin noyabrından Azərbaycanda avtomobilin mühərrikinin həcmindən asılı olaraq texniki baxışdan keçmə zamanı dövlət rüsumunun həcmi artırılıb.

Rusiyanın qanun yaradıcılığı Azərbaycanda da izlənilir və Rusiya Federasiyasında qəbul edilən yeni qanunlar bizdə də tez-tez təkrarlanır. 2011-ci ildə Rusiyada yeni avtomobillər üçün məcburi texniki baxış ləğv edilib, texniki baxış özəl diaqnostika mərkəzlərinə verilib. Daha sonra Azərbaycanda yeni avtomobillərə məcburi texniki baxış ləğv edilib.

Bu ilin iyul və oktyabr aylarında Rusiyada KİV haqqında qanunu, kütləvi informasiya vasitələrinin qeydiyyatı və onların iş qaydaları ("Xarici agentlər haqqında” qanun) hissəsini iki dəfə sərtləşdiriblər. Təxminən eyni vaxtda Azərbaycan Dövlət Medianın İnkişafı Agentliyi dekabrın 30-da Milli Məclisin qəbul etdiyi və özündə repressiv müddəaları əks etdirən "Media haqqında" qanun layihəsinin mətnini hazırlamağa başlayıb.

Bizim qanunvericilərin adət-ənənəsinə uyğun olaraq, Azərbaycanda qeyri-fiziki şəxslər üçün texniki baxış üzrə oxşar yeni qaydaların qəbuluna ümid etmək yerinə düşər. Texniki baxışdan keçmə prosedurunda edilən dəyişikliklərə baxmayaraq (mart ayında yol polisi texniki baxışla əlaqədar avtomobil sahibləri üçün "qaynar xətt" işə salıb),  DİN-in tabeliyində olan texniki baxış mərkəzlərində rüşvətxorluq davam edir.

Disput.az saytında sürücülər texniki baxış işçilərinə məcburən qanunsuz məbləğlərin verilməsi barədə bildirirlər. "Dünən qonşu texniki baxışdan gəlib, deyir ki, 2008-ci ilin “Reyncrover"nə baxışa görə 125 manat istəyiblər”.

"Şayiələrə inanmayın, bu il texniki baxışdan daha asan keçdim, nəinki ötən il. Ofisdə əməkdaşın səhvini tutaraq öz haqlarımı müdafiə etməyə başlayanda onlar hətta məndə tibbi yardım çantasının olmaması barədə bəndi də sildilər. Nəyə ilişsinlər? Maşının əlavə təkərləri çıxıb, yoxsa qanadları uzanıb? Keçən il maşın necə idisə, indi də elədir. Ən maraqlısı odur ki, 20 ildir bu maşınlayam  və 10 ildir ki, texniki baxışdan rüşvətsiz keçirəm, daha yeni maşınların sahibləri isə texniki baxışdan keçmənin “çətinliyindən” şikayət edirlər”.

"Texniki baxış və polis bir araya sığmaz. Dünyanın hər yerində texniki baxış dövlət strukturlarından ayrıdır".

"Çox şübhə edirəm ki, onların yanına yeni maşın sürsən, yenə də nasaz çıxacaq. Ona görə də yeni avtomobillər üçün müddəti 5 il elədilər. Doğrudanmı, siz düşünürsünüz ki, onlar bu həyatı biizm üçün yüngülləşdirməyə qərar veriblər? Azərbaycan əhalisinin neçə faizinin yeni avtomobili var? Mübahisə etmək istəmədikləri “öz adamları”nın kiçik bir faizi. Əksəriyyəti köhnə avtomobil sürür. Deyin görək, əgər real olaraq "nasaz" varsa, bizi texniki baxış talonu ilə buraxardılarmı? “Qanun naminə” deyib yaxamızdan yapışıb düzəltməyə göndərərdilər. Mənim maşınımda nasazlıq aşkar olunanda həyat yoldaşım avtomobilin yoxlanması ilə bağlı avtoservisin sertifikatını təqdim etdi və texniki baxış mərkəzində kalibrləmə sertifikatının verilməsini tələb etdi. Sertifikat göstərilmədi. Poqonları olan adam avtomobilin yoxlanmasına dair arayışlara inanmadı. O zaman belə bir söhbət oldu: Siz aparılmış yoxlama barədə avtoservisin sənədlərinə inanmırsınız. Tutaq ki, mən sizinlə razılaşdım. O zaman mənə deyin, nazaslığı aradan qaldıra bilməm üçün dövlət strukturu və ya dövlət tərəfindən lisenziyalaşdırılmış xüsusi xidmət varmı? Bundan sonra adam bir şey demədi və otaqdan çıxdı” Nəticə: nasazlıq yoxdur, kalibrləmə elə bahadır ki, at göstərsən, onda da benzin axıntısı tapacaqlar", - azərbaycanlı sürücülər öz fikirlərini bölüşürlər.

Azərbaycanda texniki baxışın ləğvi ehtimalı ilə bağlı suala DİN-in mətbuat xidmətindən deyiblər ki, hüquq-mühafizə orqanları qanun yaratmırlar, parlamentin qəbul etdiyi qanunlara uyğun fəaliyyət göstərirlər. Əgər texniki baxışın ləğvi barədə yeni norma qəbul edilərsə, DİN onu icra edəcək. –0—

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder