Bakı/03.01.22 Ötən gecə və bu gün səhər Azərbaycanda yağıntılı və güclü küləkli qeyri-sabit hava şəraiti üstünlük təşkil edib.
Milli hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 3-də günorta bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, güclü şimal-qərb küləyi əsib.
Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18, Rvarud (Lerik), Qrızda 13, Ağdərədə (Ordubad) 10, Xınalıq, Şahbuzda 7, Xaltanda 6, Lerikdə 4, Şərur, Sədərəkdə 2, Qusar, Sarıbaşda (Qax) 1 santimetr təşkil edib.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda 28-32, Şəki, Tərtərdə 25, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20, Ağdamda 18, Bakıda və Abşeron yarımadasında 15-19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 2-9 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında termometrlərin cirə sütunu mənfi 5-10 dərəcəyə qədər düşüb.
Sinoptiklər sabaha Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyini proqnozlaşdırırlar. Mülayim cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək. -06Â-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder