Sudanda hərbi çevrilişə qarşı etirazlar başlayıb
Mənbə: AzadlıqRadiosu
"24 saat"
31 Ekim 2021 Pazar
Sudanda hərbi çevrilişə qarşı etirazlar başlayıb
2189 yeni yoluxma 28 ölüm
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1585 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 30-da açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 28 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 529 min 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 min 374-ü sağalıb, 7 min 49 nəfər vəfat edib, aktiv xəstə sayı 29 min 686-ya yüksəlib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Brad Şerman: Saakaşvilinin həbsdə qalması ölkə daxilində parçalanmanı dərinləşdirə bilər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsdə qalması Tbilisinin demokratikləşmə addımlarını sarsıda və ölkə daxilində siyasi parçalanmanı dərinləşdirə bilər.
Brad Şerman: Saakaşvilinin həbsdə qalması ölkə daxilində parçalanmanı dərinləşdirə bilər
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsdə qalması Tbilisinin demokratikləşmə addımlarını sarsıda və ölkə daxilində siyasi parçalanmanı dərinləşdirə bilər.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Belarusda 'Regnum' a giriş bloklanıb, bir jurnalistə də ittiham irəli sürülüb
Belarusda 'Regnum' a giriş bloklanıb, bir jurnalistə də ittiham irəli sürülüb
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Gürcüstanda müxalifət seçkinin nəticələrini tanımır, aksiyalara hazırlaşır
Səsvermə 30 oktyabr şənbə günü keçirilib. Deutsche Welle xəbər verir ki, hakim Gürcü Arzusu partiyasının namizədləri Tbilisi, Kutaisi, Batumi, Poti və Rustavi olmaqla 20 bələdiyyədən 19-da qələbə qazanıblar.
Yalnız Gürcüstanın qərbində yerləşən Tsalencixa bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Giorgi Xarçilava qalib gəlib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Tbilisinin hazırkı meri Kaxa Kaladze 55,6 faiz, onun müxalifətdə olan Vahid Milli Hərəkat partiyasından olan rəqibi Nikanor Melia isə 44,4 faiz səs toplayıb.
Rustavidə Nino Latsabidze, Batumidə Arçil Çikovani, Kutaisidə İoseb Xaxaleyşvili, Potidə Beka Vaçaradze qalib gəlib.
İkinci turda seçki məntəqələrində seçici fəallığı 49 faiz təşkil edib. Gürcüstan müxalifəti seçkilərdə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımaqdan imtina edib.
Vahid Milli Hərəkatın rəhbəri, Mixail Saakaşvilinin tərəfdaşı Nikanor Melia oktyabrın 31-də etdiyi çıxışında həmvətənlərini “güzəştsiz mübarizəyə” çağırıb.
“Dünən mübarizə bitməmişdi - dünən mübarizə başladı. Təbii ki, heç kim, heç bir özünə hörmət edən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmaq fikrində deyil. Biz çox qətiyyətlə, sarsılmaz, sülh yolu ilə mübarizə aparacağıq... " Melia deyib.
Hakim partiya səhvləri düzəldəcəyik deyir
Hakim "Gürcü arzusu" bütün çatışmazlıqlarını və gələcək illərdə Gürcüstanda rəhbərliyi mümkün qədər səmərəli etmək üçün vəd edir.
"Novosti-Qruziya" agentliyinin məlumatına görə, hakim partiyanın sədri İrakli Kobahidzenin bələdiyyə seçkilərinin ikinci turundan sonra yayılan müraciətində belə deyilir.
"Bu seçkilər bir daha "Gürcü Arzusu"nun legitimliyini təsdiq etdi, bu bizim üzərimizə yaxın illərdə mümkün olan hər şeyi etməyə imkan verən böyük məsuliyyət qoyur... Eyni zamanda, biz partiyamıza dəstək verməyən vətəndaşların iddialarını dinləməyə borcluyuq. Təbii ki, tərəfdarlarımızın belə iddiaları var. Biz vətəndaşlarımızın gördüyü çatışmazlıqları maksimum düzəldəyəcəyik ki, onlar "Gürcü Arzusu"nun idarəçiliyini bəyənsinlər. Önümüzdəki illərdə hər şey ediləcək ki, Gürcüstanda mümkün qədər səmərəli idarəetmə mümkün olsun" deyə Kobahidze bildirib.
Seçki missiyasının ilkin rəyi: Seçki yaxşı keçib, amma...
ATƏT / DTİHB-nin müşahidə missiyasının rəhbəri Albert Consson oktyabrın 30-da Gürcüstanda yerli hökumətlərə seçkilərin ikinci turunun ilkin qiymətləndirmə hesabatını təqdim edib.
O, son turun bütövlükdə yaxşı keçdiyini, ancaq davamlı qütbləşmənin və mənfi ritorikanın güclənməsinin prosesə mənfi təsir etdiyini deyib.
"Kampaniya rəqabətli idi və bütün ölkəni əhatə edirdi... Ümumiyyətlə, namizədlərin pulsuz kampaniya imkanı var idi, lakin hədə-qorxu və təzyiq haqqında şikayətlər var idi. Resurslar kontekstində kəskin dissonans hökumət partiyasının lehinə işlədi" deyə müşahidə missiyasının rəhbəri vurğulayıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
G20-də sənəd təsdiqlənib: istək ofşorlarda vergidən yayınmanın qarşısını almaqdı
BBC -nin yazdığına görə, bununla da "iyirmilik" ölkələri istəyirlər ki, transmilli şirkətlər ofşorlardakı gəlirlərini elan etməklə vergidən yayınmasınlar, əksinə daha çox vergi ödəsinlər.
ABŞ-ın ilk təklif etdiyi vergi yeniliyinin 2023-cü ilə qədər qüvvəyə minəcəyi gözlənilir.
G20 daxil olan dövlət başçılarından ikisi- Rusiya və Çin, Vladimir Putinlə Si Tsipin sammitə online videobağlantı ilə qoşulublar.
Məlumata görə, "Böyük iyirmilik" ölkələrinin ÜDM-i Dünya ÜDM-in 80% -ni təşkil edir.
ABŞ-ın maliyyə naziri Janet Yellen, imzalanan müqaviləni qlobal iqtisadiyyat üçün tarixi sənəd adlandırıb. ABŞ maliyyə naziri bildirib ki, Amerika müəssisələri və adi işçilər ümumiyyətlə ən böyük Amerika şirkətlərinin daha çox vergi ödəməli olacağına baxmayaraq, ümumiyyətlə faydalanacaqlar.
Bazar ertəsi, noyabrın 1-də Qlazqoda beynəlxalq iqlim konfransı açılacaq. Dövlət başçıları, elm adamları və fəallar enerji qənaət edən və "yaşıl" texnologiyalarını tanıtmaq üçün milli və beynəlxalq öhdəlikləri müzakirə edəcəklər.
G20 dövlət başçılarının iki günlük sammiti oktyabrın 30-da başlayıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Bayden və Ərdoğan, "Cənubi Qafqazda diplomatik səyləri" müzakirə etdi - Ağ Ev
Vaşinqton/31.10.21 Ağ Evdən verilən məlumata görə, bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə prezident Co Bayden Cənubi Qafqazda diplomatik səyləri müzakirə edib.
İki lider bu il Romada baş tutan G-20 Sammitinin çərçıvəsində narında təxminən 55 dəqiqə görüşdü.
Bayden Türkiyənin Rusiya raket sisteminə malik olması və insan haqları ilə bağlı narahatlıqlarını da dilə gətirib.
"Prezident Bayden konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarımızı səmərəli şəkildə idarə etmək istəyini vurğuladı. O, Türkiyənin Əfqanıstandakı NATO missiyasına iyirmi ilə yaxındır verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib", - Ağ Evdən verilən məlumatda deyilir.
“Liderlər Suriyadakı siyasi prosesi, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılması, Liviyada seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər”.
“Prezidentlər arasında çox konstruktiv söhbət oldu. Bayden Türkiyə ilə konstruktiv münasibətlər qurmaq və fikir ayrılıqlarımızı idarə etmək üçün effektiv yol tapmaq istəyini açıq şəkildə ifadə etdi”, - ABŞ administrasiyasının rəsmisi görüşdən sonra jurnalistlərə bildirib.
Bayden bildirib ki, Ankara son bir neçə həftə ərzində Türkiyənin F16-ları almaq istəyinin olduğunu “çox aydın” deyib. Bununlz bağlı Bayden «ABŞ-da keçməli olduğumuz bir proses var deyərək» bu proses üzərində işləməyə davam etmək öhdəliyi götürüb
Ankaranın Rusiyadan S-400 raket sistemi alması NATO və Vaşinqton tərəfindən şiddətlə qarşılanıb. Bayden bu narahatlıqları birbaşa Ərdoğana ünvanlayıb.
Ağ Evdən verilən məlumatda deyilir ki, eyni zamanda Bayden «konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarımızı effektiv şəkildə idarə etmək istəyini" vurğulayıb.
“Prezident [Bayden] və administrasiya S400-lərin problem olduğunu çoxdan açıqlayıb”, - ABŞ rəsmisi deyib.
Aleks Raufoğlu
Vaşinqton D.C. -0-
Turan
"24 saat"
30 Ekim 2021 Cumartesi
13 ildir qismən bağlanan Əbu Bəkr məscidi təmir edilir
Əbu Bəkr məscidində təmir işləri aparılır və bitəndən sonra məscid öz fəaliyyətini bərpa edəcək.
Bu barədə məscidin imamı Qamət Süleymanov məlumat verib. Onun sözlərinə görə, 2008-ci ildən məscid məhdud qaydada fəaliyyət göstərib: "Məlum terror aktından sonra məhdudiyyət qoyuldu. Son bir-iki ildə isə minarələrin biri qəza vəziyyətinə düşdüyünə görə məscid tam bağlanmışdı. Hazırda minarələrin təmiri aparılır, dizaynı dəyişir. Təmir işləri bitəndən sonra məscid tam şəkildə öz fəaliyyətinə davam edəcək".
Bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin paytaxtın Nərimanov rayonundakı Əbu Bəkr məscidinin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan etdiyi bildirilmişdi.
Xatırlatma
Əbu Bəkr məscidi 1997-ci ildə Bakıda fəaliyyətə başlayıb. 2008-ci il avqustun 17-də məscidə iki əl qumbarası atılıb. İki nəfər ölüb, 18 nəfər yaralanıb. Xəsarət alanların arasında məscidin imami Qamət Süleymanov da olub. Bundan sonra məsciddə kütləvi ibadətlər dayandırılıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Üç uşaq atası Vasif Talıbovla bağlı statuslara görə həbs olunub
35-yaşlı Naxçıvan sakini Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun adı və şəkliylə "Twitter"də status paylaşdığına görə həbs olunub. Söhbət 2020-ci ilin noyabrında Naxçıvanda vertolyot qəzasından sonra sosial şəbəkədə paylaşılmış statusdan gedir.
Elektron hökmdə ad və soyadı baş hərfləri ilə K.M. kimi göstərilən şəxs Talıbovun adı və fotoşəklindən də istifadə edərək, "Biz vurmamışıq, helikopter donqiliydi, özü düşdü”, "Oğurluq vertolyot olduğu üçün onu vurduq, bizim yaxşılıqdan başqa bir niyyətimiz olmayıb. Bu da bizim yaxşılığımızın qarşılığı. Küsdüm...” kimi statuslar paylaşıb. Paylaşımlarda "Xoxan" istifadəçi adından istifadə edilib.
Üç uşaq atası sosial mediadakı paylaşımlarına görə bu il aprelin 26-da həbs edilib. Ona qarşı CM-in 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsilə ittiham irəli sürülüb. İyunda Naxçıvan şəhər Məhkəməsi onun 10 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Cərimədən də azad edilib
Hökmdən verilmiş şikayətə Naxçıvan Ali Məhkəməsində oktyabrın 24-də baxılıb. Bu instansiya hökmü dəyişərək, cəzanı 1200 manat cərimə ilə əvəzləyib. Onun həbsdə saxlandığı müddət də nəzərə alınaraq, təyin edilmiş cərimə cəzasından da azad olunub.
Təqsirləndirilən şəxs şikayətində vurğulayıb ki, əməlindən peşmandır. Amma birinci instansiya məhkəməsi ona cəza təyin edəndə peşman olmasını, azyaşlı uşaqlarını və başqa yüngülləşdirici halları nəzərə almayıb. Baxmayaraq ki, o maddədə alternativ cəzalar (islah işləri, ictimai işlər və cərimə cəzası) da var, məhkəmə ona ən ağırını – azadlıqdan məhrumetməni tətbiq edib.
Ötən il noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində iki hərbi qulluqçu həlak olub, bir nəfər yaralanıb. Faktla bağlı cinayət işi qaldırılıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Karantin 2022-ci ilin əvvəlinə qədər uzadıldı Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci ilin yanvarın 1-i saat 06:00-dək uzadılıb
Karantin 2022-ci ilin əvvəlinə qədər uzadıldı
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci ilin yanvarın 1-i saat 06:00-dək uzadılıb
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Rayonlar reallıqda özlərini maliyyələşdirə bilirlərmi?
Gələn il dövlət büdcəsindən 52 rayona və şəhərə vəsait ayrılmayacaq. Bu rayonlar özləri özlərini maliyyələşdirməlidir.
2022-ci ilin dövlət büdcəsində yalnız 14 rayona vəsait ayrılacağı göstərilib. Bunlar əsasən, işğaldan azad olunmuş rayonlar, eləcə də Balakən, Goranboy, Qax, Yardımlı və digər rayonlardır.
Bəs, özünü maliyyələşdirməli olan rayonlar vəsaiti necə əldə edəcəklər?
Deputat Vüqar Bayramov öz Facebook hesabında yazıb ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Onun fikrincə, bu, dövlət büdcəsindən asılılığın aradan qaldırlmasına imkan yaradır.
İqtidaçı ekspert Rəşad Həsənovsa hesab edir ki, əslində heç də bütün rayonlar özlərini maliyyələşdirmir. Belə ki, 2017-ci ildən rayonlar üzrə xərclərin qruplaşdırılması dəyişib, rayonlarda çalışanların əksəriyyətinin xərcləri yenə də mərkəzi büdcədən ödənəcək:
“2015-ci ilə qədər bir sıra xərclər yerli sturukturların xərclərinə aid edilirdi. Və nəticədə onlara ayrılan vəsait daha böyük görünürdü. Təbii olaraq yerli gəlirlərlə bütün bu xərcləri qarşılamaq mümkün olmurdu. Amma sonradan xərclərin təsnifatında dəyişikliklər oldu, tutalım təhsil xərcləri, bağçaların xərcləri yerli icra hakimiyyətlərindən alınıb, mərkəzləşdirilmiş qaydada ödənməyə başladı. Və nəticədə elə bir mənzərə yarandı ki, guya bir ilin içində 40-dan çox icra hakimiyyətləri özlərini maliyyələşdirməyə başladı. Əslində isə burada bir dəyişiklik yoxdur. Çünki yerdə qalan xərcləri zatən icra hakimiyyətləri öz vəsaitləri hesabına qarşılayırdılar”.
İslahatlar nəticə verib, yoxsa…
Prezident İlham Əliyev 2015-ci il devalvasiyadan sonra, köklü istahalatlara başladığını elan etmişdi. Həmin islahatlardan biri də yerli icra hakimiyyətlərində yeyintilərə son vermək və onların öz xərclərini, özlərinin qarşılamalı olduqları ilə bağlı idi.
İlham Əliyev bu mövzuya bu yaxınlarda, sentyabrın 14-də yenidən qayıdıb. O deyib ki, aparılan islahatlar nəticəsində indi bir çox rayonlar büdcədən dotasiya almır:
"10 il bundan əvvəl, demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun".
Bəs, həqiqətən də prezidentin dediyi kimi islahatlar nəticə verib, rayonlar özlərini dolandıra bilirmi?
Dövlət büdcəsi haqqında qanunlara nəzər saldıqda görmək olur ki, prezidentin taprışığından öncəyə qədər, 2014-2016-cı illərdə ölkədə dotasiya almadan xərclərini qarşılaya bilən cəmi 6-7 rayon və şəhər varıydı. Prezidentin tapşırığından sonra, 2017-ci ildə özünü maliyyələşdirən şəhər və rayonların sayı birdən-birə 34-ə yüksəlib.
Hesablama qaydasını dəyişiblər
Amma 2017-ci ildən bəzi idarəetmə formaları dəyişib. Yəni, əvvəllər yerli icra hakimiyyətlərinə ayrılan və onların qarşıladıqları xərclər, indi mərkəzləşdirilmiş qaydada ödənir. Məsələn, 2017-ci ilədək yerli xərclərin ümumilikdə 60 faizə yaxını təkcə təhsil xərcləri olub. Amma 2017-ci ildən etibarən rayon təhsil şöbələri regional idarəetmə formasına keçib. Təhsil, mədəniyyət və digər sahələr üzrə xərclər mərkəzləşdirilmiş xərclərə aid edilib.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, dəyişən bir şey yoxdur, sadəcə olaraq, hökumət rəqəmlərlə oynayıb, kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində Lənkəranın icra başçısı işləmiş Arif İsmayılbəyli isə hesab edir ki, ümumiyyətlə, icra hakimiyyətlərinin öz xərclərini qarşılamaları mümkün deyil. Çünki nə onların əllərində təsərrüfat var, nə də başqa gəlirli sahə:
“Əllərində başqa çıxış yolu qalmayıb, bir yolla öz xərclərini qarşılamalıdılar, bu da rüvşət yoludur, başqa variant yoxdur”.
Arif İsmayılbəyli deyir ki, icra hakimiyyətləri dövlət büdcəsindən maliyyələşməlidir. Yerli bələdiyyələr özlərini maliyyətləşdirə bilər.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir
Ermənistan Baş Prokurorluğu ötən ilin dekabrında qoşunların Sünik sahəsində geri çəkilməsinə şifahi əmr vermiş baş nazir Nikol Paşinyan barəsində sənədlərin hazırlanmasına başlamalıdır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, oktyabrın 29-da parlament brifinqi zamanı müxalif Hayastan fraksiyası belə bir bəyanatla çıxış edib.
Müxalifət nümayəndələri deyiblər ki, qoşunlara geri çəkilmək əmrinin verilməsində cinayət tərkibi olub.
Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bu barədə deyib:
“9 noyabr sənədində deyilir ki, tərəflər döyüş əməliyyatları dayandıqdan sonra olduqları mövqelərdə qalmalıdırlar. Buna görə də heç kəsin qoşunların, ələlxüsus da sonradan mübahisəyə səbəb olan bölgələrdə geri çəkilməsi üçün əmr etmək hüququ olmayıb".
Keçmiş müdafiə nazirinin sözlərinə görə, “normal rəhbər belə halda qoşunlara maksimum əlverişli, strateji yüksəklikləri və yolları tutmaq əmri verməli, düşmənin Ermənistanın içərilərinə müdaxilə etməsinə yol verməməli idi”.
Azatutyun yazır ki, son vaxtlar 44 günlük müharibədən sonra Ermənistan qoşunlarına Sünik sahəsində geri çəkilmək əmrinin kimin verməsi barədə mübahisələr kəsilmək bilmir. Bu məsələ artıq bir neçə həftədir ki, müxalifətin gündəliyində qalır. Sözü gedən suala nə Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti cavab vermirlər.
Oktyabrın 27-də parlamentdə keçirilən “hökumət saatında” bu sual bir neçə dəfə verilmiş və nəhayət baş nazir Nikol Paşinyan əmrin onun tərəfindən verildiyini bəyan etmişdi.
Deputat deyib ki, rayonları qaytarmaq lazım deyildi
Digər müxalifət fraksiyası – “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bildirib ki, həmin vaxt ictimaiyyətə açıqlanmış yeganə sənəd olan 2020-ci ilin 9 noyabr bəyanatında qoşunların geri çəkilməsi barədə tələb qoyulmur:
“Bu sənəddə deyilir ki, Kəlbəcər rayonu, Laçın rayonu, Ağdam rayonu... Əgər sənədin əsasını sovet dövrünün inzibati-ərazi bölgüsü təşkil edirdisə...sovet dövründə Laçın rayonu, Qubadlı rayonu, Zəngilan rayonu vardısa və bu iki rayonun (hansı iki rayonun nəzərdə tutulduğu məlum olmur – red) əraziləri 9 noyabr 2020-ci il tarixində bizim nəzarətimizdə idisə, onların təslim edilməsi heç bir məntiqə sığmır...”
Deputat 9 noyabr bəyanatında Kəlbəcər, Laçın və Ağdam rayonlarının dinc şəkildə qaytarılmasının nəzərdə tutulduğunu qeyd etməyib. O, əksinə bildirib ki, rayonların Azərbaycana qaytarılmasının yaradacağı problemlər barədə düşünən olmayıb.
Baş nazir Nikol Paşinyanın bəyanatında deyilirdi ki, Ermənistan qoşunları Sünik istiqamətində geri çəkilməsəydi müharibə başlanardı.
Tiqran Abramyan bu iddia ilə də razılaşmadığını bildirib:
“Müharibə başlanardı kimi bəyanatlara gəlincə isə, həmin məntiqlə Azərbaycan Vardenisin, Gorusun, Qafanın, Meğrinin də təslim edilməsini tələb edə bilər. Onda hökumət bu rayonları da eyni prinsiplə təslim edəcək ki, müharibə başlanar?”
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.
Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Belarus ABŞ təşkilatlarının ofislərinin bağlanmasını tələb edib
Belarus hakimiyyəti ABŞ-dan öz səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin, Amerikanın USAID beynəlxalq inkişaf agentliyinin və Minskdəki Amerika mərkəzinin ofislərinin bağlanmasını, habelə səfirlikdə çalışan 20 Belarus vətəndaşının işdən azad olunmasını tələb edib.
Bu barədə məlumatı ABŞ diplomatı Culi Fişer verib:
"Bu hərəkətlər Belarus hakimiyyətinin diplomatiyanın rolundan, insanlar arasındakı bağlardan və müstəqil vətəndaş cəmiyyətindən keçirdiyi dərin təşvişi nümayiş etdirir”.
ABŞ diplomatı bəyan edib ki, Vaşinqton Belarusda demokratiyanın inkişafına və Belarus xalqının azad və müstəqil ölkədə daha perspektivli gələcək qurmaq arzusuna dəstəyini dayandırmayacaq.
"Bu son tədbirlər bizi Belarus xalqına fayda verən və ölkələrimizin vətəndaşları arasında ünsiyyəti gücləndirən informasiya fəaliyyətimizdən, adamlar arasında qarşılıqlı təmasların qurulması üçün səylərimzidən çəkindirməyəcək”.
Belarusun Nyu Yordakı konsulluğu bağlanıb
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, belə addımlar Belarus hakimiyyətinin diplomatiyaya, insanlar arasında ünsiyyətə, açıqlığa və vətəndaş cəmiyyətinə dərin inamsızlığının göstəricisidir.
Belarusun Xarici İşlər Nazirliyi avqust ayında Culi Fişerin ölkəyə səfir kimi gəlməsinə verdiyi icazəni geri götürüb.
Bundan başqa Minskdəki ABŞ səfirliyinə sentyabrın 1-dək diplomatik heyətin sayını 5-ə endirmək təklifi verilib.
Rəsmi Minsk bu addımlarını Vaşinqtonun “bütün sahələrdə əməkdaşlığı məhdudlaşdırması və Belarusu iqtisadi vasitələrlə boğmağa çalışması” ilə əsaslandırıb.
Bundan əvvəl ABŞ Belarusa qarşı sanksiyaları genişləndirmiş və qara sihahıya 20 fərdin, Milli Olimpiya Komitəsinin, İstintaq Komitəsinin, şirkət və müəssisələrin adlarını daxil etmişdi.
Birləşmiş Ştatların tələbi ilə Belarusun Nyu Yordakı baş konsulluğunun fəaliyyəti dayandırılıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Erməni deputat: Putin deyən xəritədən Ermənistanda da var
Prezident Vladimir Putinin bir neçə gün əvvəl haqqında danışdığı sovet dövrü xəritələrindən Ermənistanda da var.
AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu oktyabrın 29-da parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iqtidardan olan sədri Andranik Koçaryan deyib:
“15 respublika bir təhlükəsizlik sistemində idi və bizdə vahid hərbi xəritələr vardı. Bu xəritələrlə Sovet İttifaqı silahlı qüvvələrinə aid müvafiq proseslər həyata keçirilirdi...”
Ötən həftə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasından danışan Vladimir Putin demişdi ki, bu iş Rusiyanın iştirakı olmadan görülə bilməz, çünki keçmiş müttəfiq respublikaların arasındakı sərhədləri göstərən xəritələr Rusiya silahlı qüvvələrinin baş qərargahında saxlanır.
General İstrakovun Yerevana intensiv səfərləri
Azatutyunun yazdığına görə, maraqlıdır ki, bu bəyanatdan bir neçə gün sonra baş nazir Nikol Paşinyan Rusiya silahlı qüvvələri baş qərargah rəisinin müavinini qəbul edib.
Hökumət bu görüşün təfərrüatları barədə heç bir məlumat verməyib, lakin bildirilib ki, baş nazir general-polkovnik Sergey İstrakovla iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib.
Sözü gedən görüşdə Ermənistanın müdafiə naziri Arşak Karapetyan da iştirak etmişdi.
Görüşdə xəritə məsələsinin müzakirə olunub-olunmadığına dair heç bir məlumat verilməyib.
Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın ofisi, Ermənistan və Rusiya müdafiə nazirlikləri bu barədə sorğulara cavab verməyiblər.
Amma xəritə mövzusuna oktyabrın 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan toxunub.
O deyib ki, sərhədlərin müəyyənləşdirilməsi üçün hansı xəritədən istifadə olunacağı məlum deyil:
“Xəritələr arasında fərq var. Əgər biz hüquqi əsaslı xəritəni nəzərdə tuturuqsa, yeganə əsas xəritə 1920-ci illərin xəritələridir. Bəziləri deyirlər ki, söhbət 1926-cı ilin xəritəsindən gedir, bir başqaları 1929-cu illərin xəritəsini deyirlər. Bu məsələdə vahid yanaşma yoxdur. Amma bu əsas xəritədir”.
“Bizim strateji partnyorumuzla müzakirə edəcəyimiz çox məsələ var”
Bu da vurğulanır ki, Rusiya silahlı qüvvələri baş qərargah rəisinin müavini son 9 ayda Ermənistana üç səfər edib. O sonuncu dəfə Yerevanda iyul ayında olmuşdu.
O vaxt onun Ermənistan hərbiyyəsinin rəhbərliyi ilə danışıqlarından sonra iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanmışdı.
Müdafiə və təhlükəsizlik komissiyasının sədri, deputat Andranik Koçaryan deyib ki, strateji partnyor Rusiya ilə müzakirə olunmalı çox məsələlər var:
“Çox yaxşıdır ki, bu görüşlər keçirilir. Onlar ona görə davamlı xarakter daşıyır ki, bizim strateji partnyorumuzla müzakirə edəcəyimiz çox məsələlər var”.
Azatutyun yazır ki, iyul memorandumunun imzalanmasından sonra Ermənistanın müdafiə naziri Arşak Karapetyan bir neçə dəfə Moskvaya səfər edərək müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Rusiya naziri bu görüşlərdə Ermənistan ordusunun müasir silahlarla təchizatı məsələsinin müzakirə olunduğunu demişdi.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Zelenski rusiyayönlü separatçılara Bayraktarla zərbəni müdafiə edir
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılara Türkiyədən alınmış döyüş dronu ilə zərbə endirilməsini müdafiə edib.
O bildirib ki, Ukrayna zərbəni özünümüdafiə tədbiri olaraq endirib və heç bir razılaşmanı pozmayıb.
Zelenski oktyabrın 29-da prezident saytında dərc etdiyi şərhdə bildirir:
"Ukrayna ordusu öz torpağnı müdafiə etməyə ehtiyac duyanda bunu edir və gələcəkdə də bu prinsiplə hərəkət edəcəkdir”.
Ukrayna hərbiyyəsinin bu həftə açıqladığı videoda Bayraktar T2B dronunun separatçıların nəzarətində olan ərazidə Rusiya istehsalı artilleriya topunu darmadağın etdiyi görünürdü.
Hərbiyyə bildirib ki, bir Ukrayna əsgərini öldürmüş və başqa bir əsgəri yaralamış artilleriyanın susdurulması üçün döyüş dronundan ilk dəfə də istifadə olunub.
Moskva Ukraynanı bu dron zərbəsi ilə Minsk razılaşmalarını pozmaqda ittiham edib.
Qərbin reaksiyası
Normand dördlüyünə daxil Fransa və Almaniya da zərbəni pisləyiblər.
Fransa bildirib ki, Bayraktar dronundan istifadədən və atəşkəsin ağır silahlarla pozulmasından narahatlıq keçirir.
Almaniya hökuməti də PUA-dan istifadəni tənqid edib, lakin bildirib ki, dronlardan hər iki tərəf istifadə edir.
ABŞ-ın Ukraynadakı səfirliyi münaqişənin hər iki tərəfini atəşkəsə riayət etməyə çağırıb, amma ABŞda dronlardan hər iki tərəfin istifadə etdiyini vurğulayıb:
“Biz hər iki tərəfi Donbas münaqişəsində atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə çağırırıq, amma gəlin etiraf edək ki, Rusiyanın başçılıq etdiyi tərəf Ukrayna qüvvələrinə qarşı ağır toplardan və dronlardan istifadə etməklə ötənilki razılaşmanı pozur. Bunun nəticəsində bir Ukraya əsgəri həlak olub”.
Donbasda qüvvələr balansı dəyişə bilər
Türkiyə Ukraynaya Bayraktar dronları satıb və Kiyev şərqi Ukraynada istifadə üçün onlarca yeni dron almağı planlaşdırır.
Sentyabr ayında Ukraynanın xarici işlər naziri Dmitro Kuleba demişdi ki, onun ölkəsi dron istehsalı məqsədilə Türkiyənin Baykar şirkəti ilə birlikdə zavod tikməyi planlaşdırır.
Müdafiə naziri Andriy Taran isə bu ayın əvvəllərində bəyan etmişdi ki, Ukraynada dronlara xidmət və istismar təlimi üçün birgə mərkəz yaradılacaq.
NATO üzvü Türkiyə ilə Ukrayna arasında artan müdafiə əməkdaşlığı Ankara və Moskva arasında daha bir qarşıdurma nöqtəsinə çevrilib.
Rusiya dronların Ukraynanın şərqindəki qüvvələr balansını dəyişə biləcəyindən narahatdır.
Bayraktar dronlarından Suriya, Liviya və Dağlıq Qarabağ münaqişələrində istifadə onların PUA bazarında ən önəmli yer tutduğunu nümayiş etdirib.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
5 milyon insan qırılıb, sonu görünmür…- Qərb mediası
Qarşıdan gələn bir neçə gün ərzində COVID-19 xəstəliyindən ölənlərin sayı ehtimal ki, 5 milyonu keçəcək.
National Geographic yazır ki, bu, sonu görünməyən pandemiyanın daha bir mərhələsidir.
ABŞ da daxil bir sıra ölkələrdə COVID-19 indi ürək xəstəliyi və insultla yanaşı əsas ölüm səbəbidir.
Ekspertlərsə bildirirlər ki, xəstəlik qurbanlarının sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər.
John Hopkins Universiteti Bloomberg İctimai Sağlamlıq Məktəbinin epidemiologiya professoru Amber D'Suza deyib:
“Çox mümkündür ki, ölüm sayı biz bildiyimizdən iki dəfə çoxdur. 5 milyon özlüyündə dəhşətli rəqəmdir. Heç bir ölkə xəstəlikdən qaça bilməyib”.
D'Suza və başqa ekspertlər bildirirlər ki, 5 milyon yalnız ölkələrin rəsmən qeydə aldığı halların göstəricisidir.
Ekspertlər qeyd edirlər ki, bu rəqəm COVID-19-la dolayısı ilə bağlı səbəblərdən ölənləri də nəzərə almır.
Məqalədə deyilir ki, Delta variantının yayılması ilə bağlı yüksəlişdən sonra hazırda ölüm reyti azalsa da, yoluxmalar artır və çox güman artmaqda davam edəcək.
Qlobal ölüm statistikası göstərir ki, pandemiya xüsusilə də Amerika və Avropaya ən ağır zərbəni vurub.
Peru bütün dünyada COVID-19 ölümlərinin ən yüksək əmsalına malikdir. Bu ölkədə koronavirusdan ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 615-dir.
Bosniya-Herseqovinada, Şimali Makedoniyada, Monteneqroda, Bolqarıstanda və Macarıstanda bu göstərici 300-dən çoxdur.
Ümumilikdə ən çox ölüm halları Birləşmiş Ştatlarda qeydə alınıb.
Bu ölkədə pandemiya başlanandan bəri 741 min nəfər dünyasını dəyişib. Braziliyada bu rəqəm 600 min, Hindistanda isə 450 mindir.
Meksika, Britaniya, İtaliya və Kolumbiya kimi bir sıra ölkələrdə həm ölüm faizi, həm də ölüm hallarının sayı yüksək olaraq qalır.
Başqa xəstəliklər də hücuma keçib
Alimlər deyirlər ki, Amerika və Avropada nəticələrin xüsusilə ağır olması əhalinin yaşlılığı ilə bağlıdır. Bu ərazilərdə habelə COVID-ə daha həssas diabet və yüksək qan təzyiqi xəstələrinin də sayı çoxdur.
Ekspertlərin gəldiyi qəti nəticəyə görə COVID-19 xəstəliyinin qarşısında ən zəif cəhət insanın yaşlılığıdır.
Lakin alimlərin fikrincə aşağı və orta gəlirli bir çox ölkələrdə xəstəliyin ölüm dalğası gənc adamları da tutur.
Amma belə ölkələrdə ölüm faizinin yüksək olması təkcə səhiyyə sistemlərinin zəifliyi ilə bağlı deyil.
Statistika göstərir ki, COVID-19-a yoluxmadan ölənlərin arasında yoxsul təbəqə çoxluq təşkil edir. Belə ölkələrdə adətən adamlar dolanışıq naminə özlərini təcrid edə bilmirlər. Onlar iş üçün evdən çıxmalı, çörəkpulu qazanmalıdırlar.
Pandemiya bir çox ölkələrin səhiyyə sistemini o dərəcədə məşğul edib ki, bir sıra başqa qorxulu xəstəliklərin profilaktika və müalicəsi diqqətdən kənarda qalmalı olub.
Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, vərəm və malyariya kimi xəstəliklərlə mübarizədə onilliklərlə qazanılmış nailiyyətlər puç olub.
Vərəm xəstəliyindən ölüm sayı son onillikdə ilk dəfə olaraq 1.5 milyona çatıb. Vərəmin diaqnozlaşdırılması isə 2020-ci ildə 18 faiz azalıb.
Yetim qalan uşaqlar
Pandemiya bəşər həyatına başqa faciələr də gətirib. Yeni statistika pandemiya dövründə yetimlərin kəskin artdığını göstərir.
İyul ayında The Lancet jurnalında dərc olunmuş statistikaya görə 21 ölkədə hər iki valideynini və ya hamisi olan baba və nənəsini itirdiyinə görə 862 min 365 uşaq yetim qalıb.
Bu rəqəm xüsusilə də Cənubi Afrikada, Peruda və Birləşmiş Ştatlarda yüksəkdir.
Bu ilin əvvəllərindən yüksək effektivliyə malik vaksinlərlə peyvəndləmə kampaniyalarına başlanması nəhayət ki, COVID-19 ölümlərinin cilovlanmasına ümidlər yaratmışdı. İndiyədək bütün dünyada 7 milyard doza vaksin vurulub, lakin bir çox ölkələrdə peyvəndləmə faizi hələ də aşağı olaraq qalır.
Burada vaksin çatışmazlığı və virusun vaksinlərə müqavimətinin artması da böyük rol oynayır.
Peyvəndləmə faizinin aşağı olması ilə yanaşı, vaksinlərə qarşı dezinformasiya kampaniyaları da ciddi fəsadlar törədir. Söhbət ilk növbədə Şərqi Avropa ölkələrindən gedir.
Burası da var ki, ilin əvvəllərində yoluxmanın tüğyan etməsinə baxmayaraq, indi Hindistanda yoluxma və ölümlərin nisbətən aşağı göstəriciləri ekspertləri də təəccübləndirib.
Lakin ekspertlər bildirirlər ki, hətta peyvəndləmənin ən yüksək səviyyədə aparıldığı ölkələrdə də vaksinlərin uzun müddətdə vəziyyəti necə dəyişdirəcəyi bilinmir. Burada çox şey, yeni, daha yoluxucu ştamm və mutasiyaların yaranmasından asılı ola bilər.
İtirilən doğmalar və soyuq statistika
Doktor D’Suza deyir:
“Mən ümid edirəm ki, yoluxmanın bu qış artımı daha az sayda ölümlə müşayiət olunacaq. Lakin buna qarantiya vermək olmur”.
Hazırda koronavirusun daha yoluxucu Delta variantının yayılması təhlükə yaradıb. Lakin ekspertlər narahatdırlar ki, əgər ölkələr vaksinasiyanın templərini saxlaya bilməsələr, Deltadan da təhlükəli mutasiyalar yarana bilər.
Emori Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Rebeka Martin deyir:
“Virusun məqsədi sağ qalmaqdır. Əgər biz hamını peyvənd edə bilməsək, pandemiya heç vaxt qurtarmayacaq, çünki yeni-yeni variantlar yaranacaq”.
Vaşinqton Universitetinin Milken İnstitutundan professor Kristofer Mores deyir ki, pandemiya dövründə həm də insanlara hüsn-rəğbəti qoruyub saxlamaq lazımdır:
“Biz daha duyğulu olmalıyıq. Valideyn, dost, həmkar olmuş insanların itkisini hiss etmək lazımdır. İmkan vermək olmaz ki, onlar sonsuzluğa doğru artan soyuq rəqəmlər olsun”.
Professor D’Suza bu fikirlə razıdır:
“Xatırlayıram ki, 100 min amerikalı öləndə mən sarsılmışdım. Amma Amerikada təkcə ötən ay COVID-dən 50 min insan vəfat edib. Bu, bizim statistikaya münasibətdə necə keyləşdiyimizi göstərir”.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
G20-nin ilk üzbəüz görüşü- iqlim dəyişikliyi və iqtisadiyyat müzakirə olunur Dünyanın ən qabacıl dövlətləri iqlim dəyişikliyi və qlobal iqtisadiyyatın yenidən dirçəldilməsini müzakirə etmək üçün oktyabrın 30-da İtaliyanın paytaxtı Romada bir araya gəliblər.
G20-nin ilk üzbəüz görüşü- iqlim dəyişikliyi və iqtisadiyyat müzakirə olunur
Dünyanın ən qabacıl dövlətləri iqlim dəyişikliyi və qlobal iqtisadiyyatın yenidən dirçəldilməsini müzakirə etmək üçün oktyabrın 30-da İtaliyanın paytaxtı Romada bir araya gəliblər.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Rusiyada rəyi soruşulan 5 nəfərdən biri deyir məhbuslara işgəncə vermək olar
Rusiyada rəyi soruşulan 5 nəfərdən biri deyir məhbuslara işgəncə vermək olar
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Bayden və Makron silah ticarəti qaydalarını müzakirə ediblər
Bayden və Makron silah ticarəti qaydalarını müzakirə ediblər
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Noyabrın 1-dən Ermənistanda açıq içtimai yerlərdə maska taxılması məcburi olacaq
Koronavirusun yayılma riskini azaltmaq üçün noyabrın 1-dən Ermənistanda ictimai yerlərdə maska taxmaq yenidən məcburi olacaq.
Bu barədə ölkə səhiyyə nazirliyinin yaydığı məlumatda vurğulanır. Məlumata görə, oktyabrın 28-də hökumətin iclasında baş nazir Nikol Paşinyan açıq ictimai yerlərdə maska taxmağın yenidən məcburi olacağını istisna etməyib.
Bundan iki gün əvvəl, oktyabrın 26-da Ermənistanda universitetlər distant təhsilə keçib, məktəblərdə tətil noyabrın 8-dək uzadılıb. AzadlıqRadiosunun erməni xidməti tətilin daha bir həftə uzadılması məsələsinin müzakirə olunduğunu yazır.
Ermənistanda açıq ictimai yerlərdə maska taxmaq tələbi bu ilin iyununda aradan götürülüb.
Amma ölkədə koronavirusla bağlı vəziyyət son həftələr pisləşib. Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində Ermənistanda 2193 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 52 nəfər isə ölüb. Məlumata görə, pandemiya başlayandan Ermənistanda 6284 nəfər koronavirusdan ölüb. Koronavirusa yoluxmuş daha 1291 xəstə başqa səbəblərdən vəfat edib.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Yerevan Rusiya sülhməramlılarının Qarabağda daha çox qalmasını istəyir
Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının TASS-a danışan nümayəndəsi hesab edir ki, hazırda Qarabağda vəziyyət təhlükəsizlik baxımından kifayət qədər sabit deyil. Agentliyə danışan Şura əməkdaşı nümunə kimi bura bu yaxınlarda bir nəfərin ölməsi və bir nəfərin də yaralanması ilə bağlı atəşkəs pozuntusunu misal çəkir.
TASS-ın məlumatına görə, Təhlükəszilik Şurasının nüməyəndəsi bildirib ki, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı kontingenti faktoru Dağlıq Qarabağın statusu məsələsinin həlli tapılana qədər mühüm və əhəmiyyətli olacaq.
TASS bildirir ki, aparat əməkdaşı həmçinin bəyan edib ki, Ermənistan, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması məsələsi də daxil, Qarabağ ətrafında bütün spektrlər üzrə Moskva ilə daima müzakirələr aparır.
Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşı həmçinin vurğulayıb ki, “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri başqa addımlar atmasa, Rusiya sülhməramlı kontingentinin ölkədə qalma müddəti avtomatik olaraq daha 5 il uzadılır. Ermənistan üçtərəfli bəyanatın bu müddəası əsasında formalaşmış vəziyyəti Dağlıq Qarabağın statusu məsələsinin həlli yolu tapılana qədər saxlamaq niyyətindədir”, - deyə Ermənistan Təhlükəsizlik Şurası əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev isə öz çıxışlarında dəfələrlə münaqişənin artıq həll olunduğunu və status məsələsinə baxılmayacağını bəyan edib.
Xatırlatma
2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.
Bu il yanvarın 11-də də Moskvada tərəflər üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Moldova ilə Rusiya qazla bağlı razılığa gəlib
Moldova ilə Rusiya qazla bağlı razılığa gəlib
Mənbə: AzadlıqRadiosu
"24 saat"
11 yaşlı qız ana olub, nənə körpədən imtina edir
"Qızın hamilə olduğu məlum olandan sonra uşaq məktəbdən yayındırılaraq evdə saxlanılıb”
Azərbaycanda 11 yaşlı uşaq ana olub.
O, 31 həftəlik hamiləliklə Respublika Klinik Xəstəxanasına gətirilib.
Oktyabrın 29-da uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb və ana reanimasiyaya, uşaq isə neonotologiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın adının açıqlanmasını istəməyən əməkdaşı Meydan TV-yə bildirib ki, 11 yaşlı qız 1.900 qramlıq qız uşağı dünyaya gətirib. Hər ikisi həkim nəzarətindədir və vəziyyətləri qənaətbəxş deyil.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə Meydan TV-yə deyib ki, 11 yaşlı qız təcavüzə uğrayıb: «Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir. O ailə nə vəziyyətdə olmalıdır ki, 31 həftəlik hamiləliyi, uşağın burnuna dəyən qarnını görməsin. Ən böyük cəza ailənin olmalıdır. Hazırda cəza çəkən isə uşaqdır».
Ailəni yaxından tanıyanlardan biri, adının açıqlanmasını istəməyən şəxs Meydan TV-yə danışıb ki, 11 yaşlı uşağın anası Saatlıdan İmişliyə gəlin köçüb, ailənin bir qızı, bir oğlu var, həyat yoldaşı illər əvvəl vəfat edib. Həyat yoldaşının vəfatından sonra onun tanışı ilə qeyri-rəsmi yaşayıb. Uşağa da həmin şəxs tərəfindən təcavüz olunduğu güman edilir: «Kişi ailəlidir, 19 yaşında oğlu var. Qızın hamilə olduğu məlum olandan sonra uşaq məktəbdən yayındırılaraq evdə saxlanılıb. Ağrısı tutandan sonra nənəsi tərəfindən rayon xəstəxanasına aparılıb, həkimlərdən heç kimə məlumat vermədən doğuzdurulmasını xahiş edib. Həkimlər isə azyaşlı olduğundan dərhal polisə məlumat veriblər, qızın Bakıya aparılması tövsiyə edilib. Uşaq doğulandan sonra nənə körpədən imtina edib. Ailə körpədən rəsmi imtina etsə, uşaq dövlət müəssisələrindən birinə yerləşdiriləcək».
İmişli Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən də Meydan TV-yə bildirilib ki, Rayon Mərkəzi Xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report”a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb: "Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır”.
Azyaşlının uşaq dünyaya gətirməsi hansı fəsadlara yol açır?
Meydan TV məsələyə həkim-ginekoloqun münasibətini öyrənib. Məsələ ilə bağlı adının açıqlanmasını istəməyən həkim deyib ki, erkən hamiləliyin fəsadları çoxdur: "Elm adamları sübut ediblər ki, erkən hamiləlik uşaqlıqboynu xərçənginin əmələ gəlmə səbəblərindən biridir. İkincisi, uşağın orqanizmi yetişkın orqanizm deyil. Ona görə də hamiləlik dövründə bütün daxili orqanları zərər görüb, hətta gözlərindən tutmuş qaraciyər, böyrəklərə qədər hər birində zamanla problemlər meydana çıxacaq. Ona görə nikah yaşı 18 yaş hesab edilir ki, həmin yaş dövründə orqanizm hamiləliyə hazır olur”.
11 yaşlı qızın necə hamilə qalmasına gəlincə, həkim bunun da mümkünlüyündən danışıb: "İsti ölkələrdə cinsi yetişkənlik daha tez başlayır. Məsələn, Azərbaycanda cinsi yetişkınlik 10-12 yaşından, Rusiya kimi ölkələrdə isə 12-14 yaşdan başlayır. Buna görə də hamiləlik mümkündür. Təxminən 2 il əvvəl də belə bir hadisə qeydə alınmışdı, 12 yaşı tamam olmamış qız əməliyyatla uşaq dünyaya gətirmişdi».
Respublika Klinik Xəstəxanasından axşam saatlarında Meydan TV-yə bildirilib ki, 11 yaşlı ananın vəziyyəti dəyişməz qalıb, qənaətbəxş deyil.
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Nazirlər Kabineti qərar qəbul edib
Azərbaycanda xüsusi karantin rejimi 2022-ci ilin yanvarın 1-dək uzadılıb.
Bu barədə Nazirlər Kabineti oktyabrın 29-da qərar qəbul edib.
Bildirilir ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Azərbaycanda xüsusi karantin rejiminin uzadılması haqqında qərar sonuncu dəfə avqustun 29-da qəbul olunmuşdu.
Baş nazir Əli Əsədovin imzaladığı qərarda deyilirdi ki, 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycanın ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə veriləcək.
Həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət qüvvədə saxlanılıb.
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ildən tətbiq edilir.
2021-ci ildə təbiq edilən xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-də başa çatırdı.
Azərbaycanda koronavirusdan 26 nəfər vəfat edib
Bakı/29.10.21 Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2132 yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 526 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 min 789 nəfər müalicə olunaraq sağalıb, 7 min 21 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 110 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 753, bu günə qədər isə ümumilikdə 5 milyon 169 min 788 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 567 min 956, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 492, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 377 min 464 nəfər təşkil edir.-0-
Turan
"24 saat"
Mərdəkan qəsəbə sakini bomba barədə yalan zəngə görə saxlanılıb
Bakı/30.10.21 Mərdəkan qəsəbə sakini yerli məktəbə bomba qoyulması barədə yalan zənglə əlaqədar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 29-da "102" xidmətinə Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsindəki məktəblərin birinin damına bomba qoyulması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı informasiya təsdiqlənməyib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edənin şəxsiyyəti müəyyən edilib. O, Mərdəkan qəsəbə sakini, əvvəllər mühakimə olunmuş 36 yaşlı Məmmədovdur.
O saxlanılıb, Cinayət Məcəlləsinin 216-cı maddəsi üzrə (terror aktı haqda qəsdən yalan məlumat vermək) cinayət işi başlanıb. Məmmədovu 5-dan 8 ilədək azadlıqdan məhrumedilmə təhlükəsi gözləyir.- 06B
Turan
"24 saat"
Sumqayıtda təhlükəli yerlər: nə "sfetafor" var, nə piyada keçidi
Piyada keçidi olan yolları asfaltlayıblar, piyada keçidlərini çəkmək "yaddan çıxıb..."
Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı piyada ölümlərinin artması narahatlıq doğurur.
Son zamanların statisistikasını təhlil etdikdə isə piyayadaların bir çox hallarda məhz piyada zolağını keçməsi zamanı vurluması müəyyən etmək olar. Bu ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir. Yol qəzalarında həlak olan 504 nəfərdən 230-u piyada olub.
Bu statistikadan belə qənaətə gəlmək olur ki, son vaxtlar piyada vurmaları çoxalıb və ümumi qəzaların az qala yarısı məhz piyadaların avtomobillərlə vurulması nəticəsində baş vermiş qəzalardır.
Sakinlər isə yaranmış durumdan narahatlıqlarını ifadə edirlər: "Təəssüf ki, piyada ölümlərinin faizi, əhalisinə görə ölkənin 2-ci şəhəri olan Sumqayıtda da yüksəkdir. Bunun da səbəbi Sumqayıtda yollarda piyadaların təhlükəsizliyinin normal, lazımi səviyyədə təmin olnunmamasıdır. Ümumiyyətlə, Sumqayıtda yol-nəqliyyat hadisələri haqda rəsmi məlumat yayılmır".
"Rəsmi statistika olmasa belə, elə "Google"da axtarışda "Sumqayıtda piyada ölümü qəza ” və kimi bu kimi sözlər yazanda burada piyada ölümü ilə nəticələnən kifayət qədər yol qəzaları haqda məlumata rast gəlmək olar. Elə 10-15 gün bundan qabaq Ü.Hacıbəyov küçəsində 13-mikrorayon sakini olan qadın və uşağı maşın vurub,qadın ölüb, uşaq isə ağır xəsarət alıb", - sakinlər deyirlər.
Onların sözlərinə görə, əksər hallarda mətbuatda işıqlanandan sonra da olsa müəyyən təhlükəli yollara sfetaforlar quraşdırıldığından, piyada keçidləri çəkildiyindən həmin yerlərdə piyadalar üçün təhlükəsizlik nisbətən təmin olunub: "Piyada ölümlərinə və xəsarətlərinə əsas səbəblərdən biri də (baxmayaraq ki, müəyyən tədbirlər görülür) Sumqayıtda piayadalar üçün ölüm küçələrinin, lənətlənmiş, kabus adlanan yolların hələ də qalmasıdır".
Sakinlərin Arqument.az-a verdiyi məlumata görə, indiyədək "ölüm küçələri"nin reytinqində Babək küçəsinin "Hiper”, "Qayalı” marketlərinə keçən yol idisə, artıq bu sarıdan birinci yeri Üzeyir Hacıbəyov dairəsi və ya 6-nın "kruqu” da adlanan, Niyazi, Üzeyir Hacıbəyov, Zülfi Hacıyev küçələrinin kəsişdiyi, yeddi yolun birləşdiyi ərazinin ətrafı tutub.
Səbəb isə burada maşınların piyadalara yol verilb-verilməməsinə nəzarət edilməməsi, sürət həddinin yüksək olması, nəzarət kameralarının , piyada nişanlarının olmaması, işıqlandırmanın zəif olmasıdır: "Təsəvvür edin, ətrafda əhalinin sıx yaşadığı, avtomobillərin intensiv və çox hərəkət etdiyi, 20-30 avtobus marşrutunun işlədiyi, 7 yolun, Corat, Qızılqum qəsəbəsinin, 6-cı,13-cü, 9-cu mikrorayonun, çoxsaylı çoxmərtəbəli binaların yerləşdiyi, tədris mərkəzinin, bankın, böyük musiqi məktəbinin, 2 parkın (Üzeyir Hacıbəyov, Heydər Əliyev parkı) çoxlu sayda ticarət və sairə obyektlərin olduğu yerdə bir dənə də olsun işıqfor yoxdur, piyada keçidi isə azdır, olanlar da vaxtında boyanmır. Piyadaların yol hərəkəti qaydalarını mütəmadi olaraq pozması burada adi hal alsa da, buna müdaxilə, ciddi təsir mexanizmləri, demək olar ki, yoxdur. Ümumiyyətlə ətraf yaşayış yeri olduğundan burada yollarda sürət həddinin aşağı salınmasına ehtiyac var. Məsələn 60 km/saatdan 30-a ya 40-a".
Araşdırmalar göstərir ki, sürət həddi aşağı salınan yerlərdə ölümlə nəticələnən hadisələr, demək olar ki, olmur: ""Bravo” supermarketindən Üzeyir Hacıbəyov parkına ümumiyyətlə piyada zolağı yoxdur. Halbuki minlərlə adam yolu keçib ora gedir.Piyada zolağı var,amma ticarət mərkəzinin daxili girişində. Bu supermarketin açılıçından əvvəl -avqust ayında Üzeyir Hacıbəyov küçəsinin hər iki yoluna asfalt örtüyü döşənib.Təbii ki,olan piyada keçidləri zolağı da silinib. Amma da keçidlər 2 aydır laqeydlikdən təzədən çəkilməyib".
Avtomobil yollarında prospekt və küçələrində işıqforların quraşdırılması Baş Dövlət Yol Polis İdarəsinin nəzdində olan Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən aparılır.
"Günün birinci yarısında adıçəkilən ərazidəki yollarda nisbətən sakitçilik olsa da, hər axşam , ələlxüsus pik vaxtlarda -18.00 -20.00 arası burada əməlli-başlı xaos yaranır, piyadalar yolu rahat, stessiz,təhlükəsiz keçə bilmir. Axşamlar buradan avtobillərlərin çoxluğundan hətta tıxac yaranır. Bu səbəbdən valideyinlər uşaqlara bu yollardan tək keçməyə buraxmır ki,pis yoldur. Deyilən ərazidə əksər sürücülər piyadalara yol vermir, hətta piyada keçidində. Çünki nəzarət yoxdur. Sürücü piyada keçidinə 5 metr qalmış idarə etdiyi nəqliyyat vasitəsini saxlamalıdır, ya azaltmalıdır. Amma əksər hallarda saxlamırlar, azaltmırlar".
Piyada kimə şikayət etsin?!
Sakinlər deyirlər ki, ərazidə ərazidə ümumiyyətlə piyada keçidi yoxdur: "Çıxış yolu isə əraziyə hərəkəti tənzimləyən, təhlükəsizliyi təmin edən işıqforların qoyulmasıdır. Çünki sürücülər piyada keçidinə baxmırlar, ancaq sfetafora riayət edirlər.v Ümumiyyətlə bu ərazidə yerüstü və ya yeraltı keçidə ehtiyac var. Ən azı işqıqfor qoylmalıdır ki, piyadalar rahat yolu keçə bilsin".
"İllər əvvəl oxşar mənzərə keçmiş "Şərq Bazarı” deyilən ərazinin ətrafında da yaşanırdı, amma yolun hər iki tərəfində 3-4 dənə işıqfor qoyandan sonra burada tez-tez baş verən piyada ölümləri, qəzaların sayı azaldı. Aidiyyatı qurumların yaranmış acınacaqlı vəziyyətə bağlı təcili tədbir görməsi lazımdır. Hər gün laqeydlik hər gün kiminsə ölümü, xəsarət olması,təhlükə deməkdir... Ümid edirik ki, aidiyyatı qurumlar bu problemi yaxın zamanlrda həll edəcək, piyadalar bu ərazilərdən keçəndə çətinlik çəkməyəcəklər", - sakinlər belə deyirlər.
Baş Dövlət Yol Polis İdarəsindən şikayətə münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycanda COVID-19 infeksiyasına 2132 yeni yoluxma faktı qeydə alınıb
Bakı/30.10.21 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2132 yeni yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib, aktiv xəstə sayı 29110 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, ötən müddət ərzində isə ümumilikdə 5 169 788 test aparılıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 799 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 837 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 962 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 617 755, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 227 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 390 426 təşkil edir.-0-
Turan
"24 saat"
29 Ekim 2021 Cuma
Taliban jurnalistlərin qatillərini tapacaqmı
Ötən on ildə qətlə yetirilmiş 17 əfqan jurnalistin qatillərinin tapılması Talibanın hakimiyyəti dövründə heç real görünmür. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir.
“Talibanın jurnalistlərin öldürülməsilə bağlı cəzasızlıq mədəniyyətinə son qoymağa çağıran yerli və beynəlxalq müraciətlərə Əfqanıstanın əvvəlki hökumətindən daha yaxşı reaksiya verəcəyi real deyil”, – Nyu Yorkda yerləşən media haqları qrupu oktyabrın 28-də “2021-ci il Cəzasızlıq İndeksi”ni yayarkən bildirib.
Son iki ildə Əfqanıstan jurnalistlərin öldürüldüyü və qatillərinin cəzasız qaldığı ölkələr sırasında 5-ci yeri tutur.
278 jurnalistdən 226-sının qatili...
Taliban avqustun ortasında ölkədə hakimiyyəti ələ keçirəndən sonra jurnalistlərin vəziyyəti daha da pisləşib. Yüzlərlə media işçisi fundamentalist qrupun mediaya qarşı sərt davranışından dolayı ölkəni tərk edib.
CPJ-nin indeksinə görə, son on ildə dünya üzrə 278 jurnalistdən 226-nın qətli cəzasız qalıb.
Somali yeddinci ildir siyahının başındadır. Ondan sonra Suriya, İraq, Cənubi Sudan gəlir.
İndeksdə ilk onluğa Meksika, Filippin, Braziliya, Pakistan və Rusiya daxildir. Döyüş, yaxud təhlükəli tapşırıqlar yerinə yetirərkən həlak olmuş jurnalistlər siyahıya salınmayıb.
Ötən 10 ildə Əfqanıstanda 17 yerli jurnalist qətlə yetirilib. Onların beşi 2020-ci ildə öldürülüb. Qatillərin hamısı cəzasız qalıb.
Taliban onları hədələmişdi
Ötən il öldürülmüş azı iki journalist – AzadAvropa/AzadlıqRadiosu-na aid Radio Azadi-nin reportyoru İlyas Dayee və frilanseri Rəhmatulla Nikzad ölümdən qabaq Taliban tərəfindən hədələniblər. CPJ məhz bu səbəbdən “Əfqanıstanın yeni Taliban hökumətinin qatilləri tapacağına şübhə ilə yanaşır”.
Üstəlik, Əfqanıstanın ədliyyə sistemi çökməkdədir, yəni qatillər üçün cəzasızlıq mühiti daha da möhkəmlənəcək.
CPJ əfqan jurnalistlərə indi həm də İslam dövləti ekstremist qrupunun yerli qanadı tərəfindən hədəfə alınma riskinin olduğunu bildirir. Qrup 2018-ci ilin aprelində azı 9 jurnalistin həlak olduğu intiharçı hücumuna, həmçinin 2020-ci ildə jurnalist Malalay Mayvandın qisasçılıqla öldürülməsinə görə məsuliyyəti götürmüşdü.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Türkmənistanda növbələr görünməsin deyə, çörək qaranlıqda satılır
Türkmənistan hökuməti paytaxt Aşqabaddakı dövlət mağazalarında çörək satışını səhərin qaranlıq saatlarına keçirib ki, uzun növbələr görünməsin.
Bu barədə məlumatı AzadlıqRadiosunun Türkmən xidməti - Azatlık yayıb.
Türkmənistanda çörəyin dövlət qiyməti bazar qiymətindən 10 dəfə ucuzdur. Unun və başqa yeyinti məhsullarının qıt olduğu bir vaxtda ərzaq mağazalarının qarşısında uzun növbələr yaranır.
AzadlıqRadiosuna göndərilmiş videoda növbələrdə azyaşlı uşaqlar da daxil yüzlərlə adamın dayandığı görünür.
Mağazalarda çörəyin satışına səhər saat 5-də, havanın işıqlaşmasına 2 saat yarım qalmış başlanır.
Bu da xəbər verilir ki, mağazalar adambaşına üç çörək verir və çörək adamların 60 faizinə çatır.
Dünya Bankı Türkmənistanı hesabatlardan silib
Aprel ayında AzadlıqRadiosunun Türkmən xidməti xəbər vermişdi ki, regional hakimiyyət orqanları vətəndaşlara ərzaq mağazalarının qarşısında növbə yaratmağı qadağan edib.
Yerli hakimiyyətlər bunun prezident Qurbanqulı Berdımuxammedovun gözdən salınmaması üçün edildiyini bildirirdilər.
Türkmənistan son illərdə dərin iqtisadi böhran yaşayır. Təbii qaz ehtiyatlarına görə bütün dünyada dördüncü olan ölkədə ən adi ərzaq malları tapılmır.
Xəbər verilir ki, əhalidə nağd pul az olduğuna görə adamlar barterə və ya natural mübadiləyə keçirlər.
Ölkə hakimiyyəti problemlərin olduğunu danır. İyun ayında məlum olub ki, iqtisadiyyata dair etibarlı rəqəmləri olmadığına görə Dünya Bankı Türkmənistanı iqtisadi inkişaf perspektivləri hesabatlarından çıxarıb.
Aprel ayında Beynəlxalq Valyuta Fondu da Türkmənistanın dövlət statistikasından istifadəni dayandırıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"